Bu gün Ələt-Astara yolunun Salyan rayonundan keçən hissəsində yerləşən bəzi yanacaqdoldurma məntəqələrinin sökülməsinə başlanıb. Bu barədə Turan-a yerli fəal Emil Məmmədov bildirib.
Onun sözlərinə görə, fəaliyyəti Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsi tərəfindən araşdırılan “Hacıoğlu”, “Cız-bız”, “Ulduz” və “İpək yolu” restoranlarının və “Masallı” kafesinin sahiblərinə obyektləri sökmək göstərişi verilib.
Qeyri-rəsmi məlumatlara görə, söküntüyə səbəb torpaq sahələrinin qanunsuz olaraq tikinti üçün ayrılmasıdır. “Bu halda tikintiyə qanunsuz icazə verənlər cəzalandırılmalıdır. Digər tərəfdən, məhkəmə qərarı olmadan obyektlərin sökülməsi qanunsuzdur”, deyə Məmmədov bildirib. (Turan İA)