Onu daha da canlandırmaq üçün nə etmək olar?
Rəhbərlik etdiyimiz saytlar içərisində masallılar.az saytı bizə daha çox əzizdir. Çünki bu sayt digər saytlara bənzəməyən bir saytdır. Masallının tarixinin, mədəniyyətinin, təhsilinin, idmanının, eləcə də tanınmışlarının elektron salnaməsi kimi nəzərdə tutulmuş bu saytı yaratmaq arzusuna 2014-də düşdük.
İdeya o vaxtkı rayon rəhbərləri – icra başçısı Rafil Hüseynov və müavini Nəsir Muxtarlı tərəfindən böyük məmnunluqla qarşılandı. Arada bəzi anlaşmazlıq olsa da, sonda hər şey uğurla nəticələndi. 2018-ci ilin olduqca yüksək və orijinal səviyyədə saytın təqdimatı oldu. ASANxidmət mərkəzində baş tutan təqdimatı canlı yayımda izləyən masallılar ABŞ-dan, Rusiyadan və digər yerlərdən qoşulub uğurlar arzuladılr. Tədbirdə masallılı bəstəkar, şair, həkim Şahin Musaoğlunun, Türkiyənin “O səs Türkiyə” verilişinin iştirakçısı olan masallılı Adil Baxışın, ölkənin tanınmış xeyriyyəçi xanımlarından olan Arzu Bağırovanın, eləcə də bir neçə masallılı alımın bu tədbirdə iştirakı təqdimata xüsusi rəng qatdı.
Təəssüf ki, sonralar masallılar.az saytı təyinatı üzrə fəaliyyət göstərmədi. Sayta masallının tarixinə və mədəniyyətindən daha çox təsərrüfat, eləcə də ciddi maraq doğurmayan “5-ci sort” materiallar yükləndi.
Ötən il isə diqqətsizlikdən sayt bağlandı. Biz bundan vaxtında xəbər tutub, saytın xərclərini ödədik və onu bərpa etdik.
Son 2 ayda saytda xeyli yenidənqurma işləri gedir. Saytda yeni bölümlər yaratdıq. Onlardan biri “Masallı ensiklopediyası”-dır. Bəlli olduğu kimi Masallıda rayon üzrə mükəmməl
ensiklopedik-məlumat kitabı hazırlanır. Bununla bağlı hazırlanan yazılar masallılar.az saytına yerləşdiririk ki, hər hansı uyğunsuzluq, qeyri dəqiqlik olarsa, kitaba qədər həll edək.
İkinci yeni bölüm “Masallı Təhsil Fondu” bölümüdür. Ölkə üzrə olduqca maraqlı addım olan, millət vəkili Məşhur Məmmədovun təşəbbüsü olan yaradılan bu fond çox faydalı işlər görür. Biz fondla bağlı məlumatları bir bölümdə topladıq ki, arzu edənlər bu barədə daha dolğun və sistemli məlumat ala bilsinlər.
Bundan əlavə tariximiz və mədəniyyətimizlə bağlı masallıların hansı uğuru olarsa, bu saytda yer alacaq.
Bir daha xatırladaq ki, bu sayt bütün dedi-qodulardan uzaq, nə iqtidar, nə müxalifət, nə kimlərinsə saxtakarlığını, bəd əməllərini ifşa edən, yaxud saz götürüb kiminsə şəninə tərif deyən sayt deyil.
Yalnız tariximiz, yalnız mədəniyyətimiz, yalnız təhsilimiz... bu saytın ana xətti olub və olacaq.
Göründüyü kimi, çox ağır bir yükün altına çiyin vermişik. Bu işin uğuru isə rayon rəhbərliyindən, millət vəkillərindən, ziyalılarımızdan, rayonumuun mədəniyyətinə sevgisi olan hər kəsdən çox asılıdır. Tarixinə, mədəniyyətinə biganə olan iqtidar, ziyalı isə, necə deyərlər, bizdən deyil.
Bu günlərdə isə saytın adının daha lakonik səslənməsi üçün masallılar.az domenini masallıda.az domeni ilə əvəzlədik.
Xahiş edirik, masallida.az saytını, eləcə də bu yazını paylaşın, təkliflər göndərin, rayonumuza şöhrət gətirən həmyerlilərimizin həyat yolu barədə bizə məlumatlar yollayın.
Masallida.az saytını isə bu linkdən izləyin
http://masallida.az/
Hazırladı: Zahir Əmənov
Əlaqə: 0 50 (70) 322 7523