Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mübariz Mənsimov Vahid Ələkbərov davası



“Palmali” müqavilənin şərtlərinə əməl etməyən qarşı tərəfdən 2 milyard dollar tələb edir.

“Palmali” Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimov Rusiyanın “Lukoil” şirkətini məhkəməyə verib.

Mübariz Mənsimov Vahid Ələkbərov davası


Ölkə.Az “Yenicag.az”a istinadən xəbər verir ki, buna səbəb Rusiya şirkətinin “Palmali” ilə bağladığı müqaviləyə əməl etməməsidir.

“Palmali” “Lukoil”in neft məhsullarını öz gəmiləri vasitəsilə daşımaq barədə razılığa gəlmişdi. Hətta sözügedən şirkətlər arasında buna dair 10 illik müqavilə imzalanmışdı. Amma ruslar müqavilənin şərtlərinə əməl etməməyə başlayıblar və Mənsimov da nəhəng neft şirkətini məhkəməyə vermək məcburiyyətində qalıb. “Palmali” müqavilənin şərtlərinə əməl etməyən qarşı tərəfdən 2 milyard dollar tələb edir.

Adının çəkilməsini istəməyən mənbə Yenicag.az-a məsələ ilə bağlı bunları söyləyib: “Ruslar “Palmali” ilə müqavilələri ola-ola gedib özlərinə yeni şirkət açıblar. “Litaska” “Lukoil”in İsveçrədəki bir şirkətidir. Amma indi məhkəməyə verildiyi üçün həmin şirkəti atıb qaçmaq istəyirlər. “Palmali” ilə 10 illik anlaşmaları vardı. Məhz bu anlaşma ilə əlaqədar onlardan təxminən 350 milyon dollarlıq gəmilər alınıb. “Palmali” də yeni gəmilər hazırlayıb. Amma 2-3 il əvvəl heç bir səbəb olmadan ruslar anlaşmanı pozdular. “Palmali” də dəyən ziyanı aradan qaldırmaq üçün məhkəməyə üz tutdu. Ruslara qarşı 1.750-2 milyard dollarlıq məhkəmə iddiası qaldırıldı”.

Qeyd edək ki, “Lukoil” dünyada ikinci ən böyük özəl neft şirkəti hesab olunur. Onun sahibi isə azərbaycanlı iş adamı, milyarder Vahid Ələkbərovdur.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10