Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Stalini dəfn edən KQB polkovniki sirləri açdı: “Kiteldən Qızıl ulduzu və qızıl düymələri ...”


SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşı, ehtiyatda olan polkovnik Vladlen Qurkovski  sovet rəhbəri İosif Stalinin Mavzoleydən götürülərək dəfn olunması prosesinin azsaylı şahidlərindən olub.

 Azpost.info bildirir ki,  o, “Komsomolskaya Pravda”ya müsahibəsində Stalinin dəfn olunmasının təfərrüatlarını danışıb.  V. Qurkovski  həmin vaxt SSRİ-nin ali dövlət orqanlarını mühafizə edən Kreml polkunda xidmət edib.
 Onun sözlərinə görə, Stalinin cəsədinin Mavzoleydən götürüb basdırılması barədə qərar 1961-ci ilin oktyabrında verilib: “Stalinin dəfn edilməsi barədə sərəncamı SSRİ DTK-nın 9-cu İdarəsinin rəisi, general-polkovnik Nikolay Zaxarov aldı.  Xruşşov göstəriş vermişdi ki, dəfn mərasimi tam məxfi şəkildə həyata keçirilsin. Heç bir jurnalist, foto və s. olmamalı idi. Bu barədə Kremlin komendantı Andrey Vedeninə və Kreml polkunun komandiri Fyodr Konevə tapşırıq verilmişdi”.
Qurkovsi deyib ki, Vedenin polk komandirinə qəbri qazacaq əsgərlərin və tabutu aparacaq zabitlərin ayrılması  üçün əmr verdi: “31 oktyabr 1961-ci ildə Stalinin dəfn olunduğu gün mən SSRİ Hökumət Evinin binasını qoruyan karaul xidmətin rəisinin köməkçisi kimi xidmətdə idim.  Lenin Mavzoleyi və Kreml divarları bu mühafizənin nəzarətində idi.  Mənə dəfn prosesinə hazırlığı, dəfni izləmək və karaul rəisinə məruzə etmək tapşırıldı. Lenin Mavzoleyinə getdim. Həmin vaxt Stalinin nəşi olan sarkofaq artıq oradan götürülmüşdü və laboratoriyaya aparılmışdı. Mən Qırmızı Meydana getdim. Hər şey normal idi. Kremldə dülgər emalatxanasına daxil oldum. Orada tabutu hazırlayırdılar. Adi şam ağacından idi”.
 

 
Saat 20.00-da karaul rəisi Qurkovskiyə dəfn mərasimi olacaq məkana getməyi tapşırır. Bir azdan ora DTK-nın 9-cu İdarəsinin rəisi, general Vladimir Çkalov gəlir: “Mənə Stalinin dəfni ilə bağlı beş nüsxədə aktın çap edilməsi üçün çap maşinisti tapmağı əmr etdi.   Hökumət evində bir qadın çapçı bunu hazırladı.  Dəfn yerinə hökumət komissiyasının üzvləri gəlməyə başladı.  Dəfn saat 22.00-yə təyin olunmuşdu. Kreml polkunun 8 zabiti Lenin Mavzoleyinin böyür tərəfindən Stalinin tabutunu gətirdilər.  O zabitlərdən biri –Nikolay Pançenko sağdır. O, Stalinin cəsədi qoyulmuş labratoriyada olmuş yeganə zabitdir”.
 Dəfn komissiyasının sədri Nikolay Şvernik Stalinin kitelindən Sovet İttifaqı Qəhrəmanı Qızıl ulduzunun çıxarılmasını və qızıl düymələrin qoparılmasını Mavzoleyin komendantına göstəriş verir. Onların hamısı SSRİ Ali Sovetinin orden mühafizə xidmətinə təhvil verildi“Tabutun üstünü örtüdlər. Bu zaman məlum oldu ki, tabutun qapağını tikmək üçün mıx yoxdur. Tez mıx gətizdridilər. Polkun zabitləri tabutu çiyinlərinə götürdülər. İrəlidə Şvernik gedirdi. İki tərəfdən onu şəxsi mühafizənin iki zabiti müşaiyət edirdi.  Mən hamısını görürdüm.  Şvernik çox çətinliklə gedirdi, ağlayırdı.  Qəbrə yaxınlaşdıq. Qayda üzrə tabutu kəndirlə məzara salladıq. Rus adətincə tabutun üstünə 3 ovuc torpaq tökdük. Sonra torpaqladıq. Üzərinə beton plitə qoyduq.
Bir neçə ildən sonra büst qoydular. Tabut məzara endirilən zaman Qırmızı Meydanda  hərbi texnikanın 7 noyabrla bağlı parada hazırlığı gedirdi.  Bu sanki generalissimusa simvolik vidalşama oldu”.
Qurkovski bildirib ki, dəfndə cəmi 25 nəfər iştirak edib: “Belə şaiyələr yayılmışdı ki, guya camaatı Qırmızı Meydandan qovublar. Belə şey olmayıb. Saat 18.00-dan Meydan parada görə bağlı idi. Dəfn yerində bir nəfər də artıq adam yox idi. Əhali Stalinin dəfn olunduğunu noyabrın 1-də bildi. Krmeldə qulluq etdiyim və ondan xeyli illər sonra da Stalinin dəfni ilə bağlı heç vaxt danışmamışam”.
Qeyd edək ki, 1953-cü ildə vəfat edən Stalinin nəşi Leninlə birlikdə Mavzoleyə qoyulub.
V.Qurkovski sonralar DTK tərəfindən ABŞ-a göndərilib və orada qeyri-leqal iş üzrə çalışıb.  83 yaşlı Qurkovski Moskvada yaşayır. Tarix elmləri doktorudur.
 
Azpost.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10