Böyük Britaniyada krallığının Şahzadəsi Sasseks Harri və həyat yoldaşı Meqan Markl bütün dünyanın diqqətindədir.
Cütlüyün CBS-yə verdiyi 90 dəqiqəlik müsahibədə bir çox mətləblərin üstü açıldı.
Reportaj boyunca tez-tez qarnını qucaqlayan şahzadə xanımı doğulacaq ikinci uşaqlarının da cinsiyyətini açıqlayıb: “Qızımız olacaq”.
Meqan Markl beş aylıq hamilə olduğu zaman intiharı düşündüyünü də vurğulayıb. Və bunları söyləyən zaman o, göz yaşlarını tuta bilmir: “O zaman Harriyə yaşamaq istəmədiyim barədə xəbərdarlıq etdim”.
O deyir ki, ölməyinin hamı üçün daha yaxşı olacağını düşünürmüş:
“Əvvəllər heç belə düşünməmişəm. Əgər Harriyə söyləməsəydim, artıq intiharı düşünürdüm. Bir yerlərə getməyə ehtiyacım var idi”.
Xanım bildirib ki, uşağı doğmadan irqçi münasibətə tuş gəlib:
“Kraliyyət ailəsinin üzvləri doğacaq uşağın qara dərili olmasından nə qədər narahat olduqlarını Harriyə açıqca söylədilər. Hətta qara dərili olacağından qorxaraq ovladım Arçiyə şahzadə titulunun verilməsini rədd edəcəklərini, hətta ona mühafizə belə ayrılmayacağını dedilər.
Şahzadə Harri Kral ailəsinin onlarla maliyə bağlarını kəsdiklərini də söyləyib. Buna görə də Netflix ve Spotify ilə milyon dollarlıq anlaşmalar imzalamaq məcburiyyətində qalıblar. Şahzadə eyni zamanda anası Şahzadə Dianadan qalan mirasa güvəndiklərini qeyd edib.
Şahzadə Harri daha bir sirin üstünü açıb. O bildirib ki, əslində onlar bütün dünyanın nəfəsini tutaraq izlədiyi toydan 3 gün əvvəl evlənib. 3 gün əvvəl edilən nikahda isə heç bir qonaq olmayıb.
Meqan Markl əlavə edib ki, kral ailəsinə güvəndiyi üçün hazırda çox peşmandır. O bildirib ki, indiyə kimi kral ailəsi tərəfindən susdurulub: “Lakin mən səssiz qalmayacam”.
O eyni zamanda Böyük Britaniya kraliçası II Elizabetin ona çox yaxşı davrandığını da vurğulayıb:
“Mənimlə tədbirlərə getmək istədiyini bildirirdi. Buna sevinirdim. Hətta mənə sırğa və boyunbağı da hədiyyə etmişdi.
Onu da qeyd edək ki, Böyük Britaniyada krallığın varisi Şahzadə Uels Çarlz Şahzadə oğlu Sasseks Harri ilə danışmağı dayandırıb. Buna səbəb oğlunun həyat yoldaşı Meqan Markl ilə birlikdə kral ailəsinin yüksək səviyyəli üzvləri statusundan imtina etməsi olub.
Bunu şahzadə Harri CBS-də yayımlanan müsahibəsində bildirib. O, qeyd edib ki, sarayda başa düşülmürlər və dəstəklənmirlər.
Harri onu da bildirib ki, niyyətini açıq şəkildə elan etməzdən əvvəl Kraliça II Elizabet və Şahzadə Çarlz ilə bunu müzakirə etmək istəyib:
“Kanadada olduğumuz zaman, bu barədə nənəmlə üç, atamla iki danışığım olub. Atam əvvəl zənglərimə cavab vermədi və hamısını yazılı şəkildə yazmağımı istədi”.
Şahzadə Harri ayrıca kral ailəsinin yüksək səviyyəli üzvləri statusundan imtina etməsi qərarını "anlayışsızlıq və dəstək olmaması" səbəbindən verildiyini izah edib. (Lent.az)