
4 aylıq dustaq həyatından sonra Çingiz Həşimov və oğlu həbsdən azad edilib. Martın 15-də başlanan növbəti məhkəmə iclası 3 gün davam edib. Son günə qədər məsələnin necə həll olunacağı qaranlıq idi. Nəhayət ilaxır çərşənbə axşamını da həbsdə keçirdikdən sonra, martın 17-də Çingiz və oğlu Yavər Həşimovun 6 aylıq şərti cəza ilə azadlığa buraxılması ilə bağlı hökm oxundu. Ata və oğul elə məhkəmə zalından azadlğa buraxıldılar.