
Cenub.az xəbər verir ki, erməni mediası sözügedən qadının Xaçatur Sukiasyanın evində işlədiyini xüsusi olaraq vurğulayıb.
“Nikol Paşinyanın 1 mart mitinqində “Şuşa, əlbəttə ki, azərbaycanlılarındır, “artsax” da Azərbaycana məxsusdur” deyən qadın Nikol Paşinyanın şəriki olan oliqarx Xaçatur Sukiasyanın evində xadimə işləyir. Onu adi vətəndaş kimi mitinqə gətiriblər və Paşinyanın müdafiəsi üçün çıxış etməsini istəyiblər. Ancaq o, qalmaqallı açıqlaması ilə tənqid hədəfinə çevrilib”, - erməni mediası yazıb.