Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda yük maşını motosikletlə toqquşub, ölən var


Masallıda yük maşını motosikletlə toqquşub, bir nəfər ölüb.

Hadisə Ələt-Astara yolunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki,”SHACMAN” markalı yük maşını ilə Masallının Qızılağac kənd sakini Hüseyn Ağabba oğlu Ağayevin idarə etdiyi motosiklet toqquşub.

Nəticədə ağır yaralanan H.Ağayev dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.
(APA)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10