Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İsraildən Azərbaycana 300-dən artıq protez göz gətirilib


Beş gün ərzində israilli həkimlər 132 Qarabağ müharibəsi qazisini müayinə ediblər. Onlardan 22-si əməliyyat olunub, 28-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.
YAŞAT Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.
Protez mütəxəssisi Maksim Zelevski protezin dizaynı, forması, modeli və ölçülərinin hazırlanmasında iştirak edir. Deyir ki, İsraildən 300-dən artıq protez göz gətirilib. Bu, onun Azərbaycanda ilk təcrübəsidir. Protezin müddəti 5 ildən artıqdır, sonra zərurət yaranacağı tədqirdə, dəyişidirilə bilər.
Vətən müharibəsi iştirakçısı Arif Hacıyev isə müharibə zamanı bir gözündən yara alıb. İsrailli həkim tərəfindən onun üçqat prosedur əməliyyatı gerçəkləşib. A.Hacıyevin gözünün içərisinə okulyar bir linza yerləşdirilib və  israilli donordan təzə bir kornea (transplantasiya edilmiş göz bəbəyi) köçürülüb. Əməliyyatdan öncə qazinin bir gözünün görmə qabiliyyəti tamamilə itmişdi. Həyata keçirilmiş uğurlu əməliyyat nəticəsində həmin gözün görmə qabiliyyəti bərpa edilib və 20 faizə yüksəlib.
Seymur Kazımov
Maksim Zelevski
Maksim Zelevski
Göz protezinin formaya salınması
Göz protezinin formaya salınması
Göz protezləri
Arif Hacıyev
Arif Hacıyev





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10