Hadisə axşam saatlarında general Məhəmməd Əsədov küçəsi 21 saylı evdə baş verib. Belə ki, Əliqismət Vidadi oğlu Hüseynov ailə-manaqişəsi zəminində atası, 49 yaşlı Vidadi Tavar oğlu Hüseynovu bıçaqlayıb. Yaralı yaxınlarının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. V.Hüseynova döş qəfəsinin sol tərəfinin yan səthinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata alınıb. Hadisəni törədən Ə.Hüseynovun psixoloji problemləri olduğu və bir neçə il məhkumluq həyatı yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.