Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı şəhərində daha 22 küçə asfaltlanacaq


Masallının “Ana” küçələrindən biri, Viləş körpüsündən Ərkivan istiqamətində olan Həzi Aslanov küçəsi isə, hələ bir müddət çatdaqlarla “yaşayacaq”. Çünki, rayonlararası olduğu üçün onu rayon yox, mərkəz təmir etməlidir

 

Şəhərin mərkəzi küçələrindəki çatlaqlardan, çalalardan yəqin ki,  siz də bezmisiniz? Bununla bağlı sizə şad xəbərim var. Necə deyərlər, “ekran”lara yaxın oturun və məlumatı dinləyin.

Cenub.az bildirir ki, son 3 ildə Masallı şəhərindəki asfaltlanan küçələrin sayı nəzərə çarpacaq dərəcədə çoxalıb. Hələ 2018-ci ildə şəhərin illərlə  asfalt görməyən 30-a yaxın küçəsi asfaltlandı. Ötən il  isə daha  18  küçənin sakini evlərinə gedən yolun asfaltlanmasına görə sevindi. Nə yaxşı ki, bu il də həmin  xeyirxah iş davam edir. Masallı İcra hakimiyyətindən aldığımız məlumata görə, yaxın aylardan başlayaraq şəhərin daha 22 küçə və döngəsinə asfalt vurulacaq.

Xatırladaq ki, əvvəlki illərdə şəhərin 10 küçəsi asfaltlananda rayondakı Ərkivan və Boradigah qəsəbələrinin də 2-3 küçəsi (hələ kəndləri demirik) asfaltlanardı. Heyf ki, son illər bu ənənəyə son qoyulub, qəsəbələrdəki küçələr Allahın ümidinə qalıb. Gün o gün olsun ki, onların da bəxti açılsın.

Nə isə bu il asfaltlanacaq küçələrin adların sizə təqdim edirik.

S/s

Küçələrin adı

Uzunluğu

metr

Sahəsi

Kv.m

Yaşayış evləri sayı

1

Həsən Əliyev küçəsi. İHB-dən gələndə solda paralel küçə 

636

2990

60

2

N.Gəncəvi küçəsi, İHB-dən şərqə paralel küçə

636

2414

62

3

S.MehmandarovTəbriz küçəsindən  şərq tərəfə kəsişən küçə

240

864

43

4

Zəlimxan Yaquqküçəsi, Təzə  məhəlləyə girən yol, Elşad Əhədov küçəində döngə, Təzə Bazar tərəfdə


450

1620

38

5

Xətaiküçəsi,DSMF-dən komendaturaya gedən yol, TRASS-a çıxır

1200

7200

65

6

Xəlil Rza Ulutürkküçəsi, isgəndərli  məktəbinin yanından cənuba tərəf gedən yol.

700

2572

78

7

Əhməd Rəcəbliküçəsi, Seybətin  ərazisində

850

3130

65

8

Z. Tağıyevküçəsi,Digah ərazisində. Kemiş Peşə məktəbinə gedən yolun bir hissəsi

320

1280

68

9

Xaqanı Şırvan küçəsi. Əmlak komitəsinin yanından şimala gedən yol

550

1980

63

10

Cavanşir küçəsi, dön.1  . Təzə məhəlləyə gedən yol

180

612

15

11

Aşıq Alıküçəsi, Seybətin ərazisindən aşağı,sol tərəfəgedən yol

110

396


12

Azərbaycan küçəsi. döngə 1, İcradan şərq tərəfə. Qaz Doldurma məntəqəsi ilə paralel, sol tərəfə


115

345

8

 13


“Azərbaycan”küçəsi.

İcradan .şərq tərəfə. Qaz Doldurma məntəqəsi ilə paralel, sol tərəfə


135

445

12

14

Y.Məmmədəliyev  küçəsi.  Nizami  küçəsi ilə paralel. YAP binasından sağa 

500

1800

68

15

Təbriz küçəsi. döngə 1Keçmiş Vahid bank tərəfdə.

125

425

12

16

Təbriz küçəsi, döngə 2, keçmiş Vahid bank tərəfdə

280

952

28

17

Abbas Səhhətküçəsi. Təbriz  küçəsinin yanı.

290

1044

30

18

İntiqam Əsgərli küçəsi.Keçmiş kino teatrdan parka qədər

600

4800

75

19

Qarabağ döngəsi, 4, Parkın  şimal tərəfi, Mərkəzi Kitabxananın arxasındakı küçə

60

450


20

Zərifə Əliyeva küçəsindəki döngə.  Xəstəxananın yaxınlığındakı küçə

60

360

8

21

S.Bəhlulzadə küçəsi. Azpetrolla üzbəüz küçə

350

1260

25

22

H.Əliyev propekti. Döngə 3, Poçt şöbəsinin qarşısından keçən küçə

420

1704

39


Cəmi:

8807

37943

862


Zahir Amanov. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10