Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda onkoloji xəstəyə sahib çıxan yoxdur - FOTO


Bir neçə müddətdir ki, Masallı rayonun Bədalan kənd sakini Eyvaz Həsənov yoldaşının onkoloji xəstəliyinə görə təqaüd ala bilməməsindən şikayətçidir. Dəfələrlə edilən müraciətlər, həyat yoldaşı Ağbəniz Həsənovanın 4-cü dərəcəli onkoloji xəstəliyi ilə əlaqədar dövlət komissiyasından keçməsinə baxmayaraq, onun sənədləri təsdiq üçün Bakıya göndərilmir. Buna əsas kimi Masallı rayon mərkəzi xəstəxanasının həbs edilən sabiq baş həkimi Cəlil Nəzərovun istintaq prosesinin başa çatmaması göstərilir.
Yaxın günlərdə saytımıza açıqlama verən, baş həkimiin səlahiyyətlərini icra edən Rasim Əzizovdan bildirmişdi ki, sənəd və digər sənədləri paytaxta göndərmək səlahiyyətinə sahib deyil, ancaq istintaq bitəndən sonrakı zamanı gözləmək lazımdır. Dərman və müalicə xərclərinin qarşılamaq imkanı olmayan Eyvaz Həsənov Masallı Rayon İcra Hakimiyyətinə də müraciət edib. Onun sözlərinə görə İcra Hakimiyyətindən bildiriblər ki, xəstənin durumunu nəzərə alaraq istisna hal kimi sənədlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsinə yardım edəcəklər. Lakin heç bir addım atılmayıb.
RegionNews.az məsələ ilə bağlı TƏBİB-ə müraciət ünvanlayıb. Qrumdan bildirilib ki, bu məsələ araşdırılıb açıqlama veriləcək. Müraciət tarixindən 10 gündən artıq bir vaxt keçsə də, cavab verilməyib.
Bu gün yenidən TƏBİB-ə müraciət ünvanlanıb. TƏBİB-in İcatimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi  Elnarə Baxış bildirib ki, şəxsin sualına cavabı baş həkimiin səlahiyyətlərini icra edən Rasim Əzizov artıq verib. Sözügedən yazınının linkini əlavə edirik:
https://regionnews.az/masallida-4-cu-d%C9%99r%C9%99c%C9%99li-x%C9%99rc%C9%99ng-x%C9%99st%C9%99si-car%C9%99siz-durumda
Maraqlıdır, indi bu istintaq prosesi uzanarsa, xəstənin aqibəti necə olmalıdır? Agır formalı onkoloji xəstəyə zəruri olan dərman və müalicə xərcləri necə qarşılanmalıdır? Korrupsiya ittihamı ilə həbs edilmiş məmurun əməllərindən günahsız vətəndaşlar niyə əziyyət çəkməlidirlər. 21-ci əsrdə  hazır olan sənədləri sistemə yükləmək nə üçün böyük bir problemə çevrilməlidir?
Suallara da cavab tapa bilmədik. İnanaq ki, TƏBİB və digərləri bu suallara aydınlıq gətirəcəklər.














Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10