Bu kompleks bu il may ayının 9-na kimi hazır olacaq
Masallı Qarabağ savaşında 200-dən artıq şəhid versə də, 10-a yaxın əsgərimiz Milli Qəhrəman adına, ordenlərə, 100-dən artıq qazimiz medallara, digər fəxri adlara layiq görülsə də, şəhər mərkəzində Masallı şəhidlərini yad etmək üçün layiqli Şəhidlər Xiyabanı, yaxud hər hansı simvolik də olsa bir abidə yoxdur.
Bu boşluğu doldurmaq üçün Masallı Rayon İcra hakimiyyətinin və Millət Vəkili Məşhur Məmmədovun təşəbbüsü və dəstəyi ilə İcra hakimiyyəinin qarşısındakı meydanda Qəhrəmanlıq kompleksi ucaldılacaq. Bununla bağlı hazırda həmin ərazidəki şəhidlərlə bağlı tikilidə söküntü işləri aparılır.
Yaxın günlərdə söküntü işləri başa çatacaq və kompleksin inşasına başlanılacaq. Tikinti işlərinin bu il may ayının 9-na kimi yekunlaşacağı gözlənilir.
Bu abidə kompleksdə Masallı rayonunda şəhid olan bütün şəxslərin adlar əksin tapacaq
Qısası, meydan şəhid ruhlarının ziyarətgahı üçün müqəddəs bir ünvana çevriləcək.
Apardığımız qısa sorğudan bəlli olub ki, Millət vəkilinin və icra hakimiyyətinin bu addımı təkcə şəhid ailələrinin yox, bütün rayon əhalisinin minnətdarlığına səbəb olub.
Faiq Hüseynzadə. Cenub.az