Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

YAP-ın gizli qərarı: Bu həftə islahat qurultayı olacaq


Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçiriləcək.
Cenub.az xəbər verir ki, bu barədə məlumatı Musavat.com YAP rəhbərliyinə yaxın mənbələrinə istinadla yayıb.
Qurultay qərarı hələlik ictimaiyyətdən gizli saxlanılır.
İddia olunur ki, qurultayda çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və ictimai rəydə nüfuzu azalan simalardır.
Onların yerinə gənc kadrlar seçiləcək.
Hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.
Hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov - baş nazirin sabiq müavini, Vaqif Əliyev - mədəniyyət və turizm nazirinin müavini, Nurlana Əliyeva - Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev - Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov - BDU-nun sabiq rektoru, Arif Rəhimzadə və başqaları siyasətlə və partiyaları ilə vidalaşacaqlar.
YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanov da hakim partiyanın siyahısından çıxarılacaq.
Bir sözlə, iqtidar yarımməxfi YAP əməliyyatı hazırlayıb, bütün neqativ yüklərdən qurtulmaq, hakim partiyanı islah etmək və yeniləmək barədə qərar verib.
Lakin məlumatda pandemiya dövründə bu qurultayın hansı formada təşkil olunacağı barədə məlumat verilmir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10