Ölkə təhsilində, o cümlədən Masallı rayonunda rüşvətxorluq, saxtakarlıq, “faiz”, “tas” və sair neqativ hərəkətlərlə bağlı çoxlu yazılar dərc etmişik. Bəs bu gün vəziyyət necədir?
Bu sahədə bir qədər tərəddüdlərimiz olsa da, Masallı Təhsil Şöbəsinin son günlər bütün məktəblərin ön divarına vurulmuş bir elanı diqqətimizi cəlb etdi.
Elanda deyilir:
“Əmr və elanlar
BİLDİRİŞ
Hörmətli təhsil işçiləri, hörmətli validyenlər və əziz şagirdlər!
Məktəblərdə neqativ hallar baş verdiyi təqdirdə
Masallı Rayon Təhsil şöbəsinin nəzdində yaradılmış
Operativ Qərargaha
müraciət etməyiniz Sizdən xahiş olunur.
Əkbərov Tariyel
İntiqam oğlu- 0504544455
İslamov Samit Yusif oğlu 050 614 25 66
Daxili telefon 2153980
Masallı Rayon Təhsil Şöbəsinin rəhbərliyi.”
Doğrudanda maraqlı elandır.
Masallı Təhsil Şöbəsi nədən arxayındır ki, belə açıq və cəsarətli gediş edir?
Ötəri araşdırma apardıq ki, görək təhsil şöbəsi təmizlik siyasəti dövründə hansı nəticələri nail olub.
İlkin əldə etdiyimiz məlumatlar ondan ibarət oldu ki, Masallı təhsili pandemiya dövrünə baxmayaraq son dərs ilində bir sıra uğurlara imza atıb.
1. Masallı ölkə üzrə (Naxçıvan MR-da daxil) medal alanların sayına görə (1 qızıl, 3 gümüş, 2 bürünc, cəmi 6) 6-ci pilləyə, cənub bölgəsi üzrə 1-ci nəticəyə nail olub.
2. 104 masallılı məzun qəbul imtahanlarında 500-dən artıq və daha çox bal toplayıb.
3. Ölkə üzrə Heydər Əliyevin təqdimatı ilə bağlı ölkə üzrə ən yaxşı təqdimatılçar sırasındah 3-ci yer də Masallıya- Dəfinə liseyinin şagirdinə məxsusdur.
Masallı məktəblilərindən 62 nəfəri zona birinciliyinə, 12 nəfəri isə respublika birinciliyinə vəsiqə qazanıb ki, onlardan da 6 nəfəri rayona medalla qayıdıb.
Bu nəticələr isə bütün göstəricilər üzrə cənub bölgəsində 1-ci olmaq deməkdir.
Ümumiyyətlə, Cənub bölgəsi üzrə Masallı təhsili əksər nəticələr üzrə birinci yerdədir.
Sonda onu da bildirək ki, yazının yuxarısında qeyd etdiyimiz, məktəblərə vurulmuş elanın nəticələri ilə bağlı təhsil şöbəsinə zəng vurduq. Məlum oldu ki, elanın paylaşmasından 1 həftə keçsə də, Operativ Qərargaha nə müəllimlərdən, valideynlərdən, nə də şagirdlərdən neqativ hallarla heç bir şikayət daxil olmayıb.
Doğrudanmı dünya düzəlir?
Bəlkə, mən düz yazmıram? Kimdə neqativ hallarla bağlı məlumat varsa, bizə də bildirə bilər.
Onu da xatırladım ki, bu yaxınlarda bir neçə məktəbdə təhsil şöbəsi çox ciddi yoxlamalar aparıb, nəticələrin həftə ərzində aşkarlanacağı gözlənilir. Deyəsən, belə getsə, Masallı Təhsil Şöbəsinin müsbət təcrübəsini yaymalı olacağıq.
Daha halvaya duz qatıb demirəm ki, filan-filan təşkilatlar təmizlik-filan məsələsinə çox da bənd olmayıb, elə bir çox məsələləri yenə dədə-baba qaydası ilə həll edirlər.
Faiq Hüseynzadə. Cenub.az