Mehdi Rzayev adı cenub.az-ın izləyicilərinə yaxşı tanışdır. Bu gənc ötən il ABŞ-da 80-dən artıq ölkənin təmsil olduğu virtual müsabiqədə 1-ci yerə layiq görülmüşdür.
Dünən, fevralın 28-də o, yenə də ABŞ-dan şad xəbər alıb. Belə ki, 100-dən artıq ölkənin mindən artıq iştirakçılarının sırasında o, yenə qaliblər sırasında olub. Hansı ki, təkcə Azərbaycandan bu yarışmaya 45 nəfər qatılmışdı.
“Caz blyuz” janrı üzrə isə Azərbaycanı tək Mehdi Rzayev təmsil edirdi. Keçən ilin sonunda müsabiqədə 85 ölkə iştirak edirdisə, bu il artıq iştirak edən ölkələrin sayı 100-ü keçib və bu da rəqabətin daha da güclənməsinə səbəb olub.
Qitə üzrə cazz janrında 25 nəfər finala adlasa da , Mehdi Rzayev bu sıralamaya başçılıq edirdi və təqdim etdiyi bəstəsi bu yarışmada ilk pilləni yenidən qorudu.
Məlumat üçün bildirək ki, ötən ilki uğurundan sonra millət vəkili Məşhur Məmmədov Bakıdakı ofisində onu şəxsən qəbul etdi, Mehdiyə qiymətli hədiyyələr vermiş, onun qayğıları və yaradıcılığı ilə maraqlanmış, həmçinin vəd edib ki, Mehdi Rzayevin ABŞ-da konsertinin təşkil olunmasına yardımçı olacaq.
Biz də bir daha Mehdi Rzayevi bu uğuru münasibəti ilə təbrik edir, ona, necə deyərlər daha uca zirvələr arzulayırıq.
Cenub.az. Faiq Hüseynzadə