Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cəlilabadın yararsız elektrik dirəkləri nə vaxt dəyişdiriləcək? - AÇIQLAMA


Cəlilabad rayon Şabanlı və Hacıməmmədli kəndlərində elektrik dirəkləri bərbad vəziyyətdədir.
Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, kəndlərdə elektrik dirəkləri köhnə olduğundan naqillər tez-tez qırılır və onları bərpa etmək təhlükəli hal alır:
“Bu dirəklər təxminən 1965-ci ildə qoyulub. Artıq gördüyünüz kimi çürüyüb, yararsız hala düşüblər. Elektrik naqilləri bir az külək olan kimi bir-birinə dolaşır, saatlarca işıqsız qalırıq. Müraciət edirik, müraciətimizə baxan olmur”.
Məsələ ilə bağlı “Azərişıq” ASC-yə müraciət etdik. Qurumun Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən kəndlərdə yararsız vəziyyətdə olan elektrik dirəkləri dəyişdiriləcək:
“Ən qısa zamanda “Azərişıq” ASC-nin “Yeni kəndlər” layihəsi çərçivəsində həmin kəndlərin yararsız vəziyyətdə olan elektrik dirəkləri yeniləri ilə əvəz olunacaq. Ümumilikdə qeyd edim ki, layihə çərçivəsində regionlarda elektrik enerji təchizatı ilə bağlı sistemlər yenidən qurulur. 
Bu günə qədər 500 kənddə elektrik enerji təchizatı ilə bağlı sistem yenidən qurulub. Təkcə ötən il ərzində 50-dən çox kənddə yenidənqurma işləri görülüb. Bu proseslər cari ildə də davam etdiriləcək”.













Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10