“İşdən kənar” layihəsində millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, əməkdar həkim Rəşad Mahmudovdur. Xatırladaq ki, layihədə müxtəlif peşə sahibləri ilə ədəbiyyat söhbəti aparılır.
- Rəşad bəy, ədəbiyyata münasibətiniz və ədəbiyyatın sizin üçün nəyi ifadə etdiyini bilmək maraqlı olardı.
- Ədəbiyyat mənə görə ən başlıcası həyat deməkdir. Ədəbiyyat həyatımızda uzun illər qazanacağımız təcrübələri qısa müddət ərzində qazanmaq və onları yaşamaq imkanı verən sahədir. Ədəbiyyata önəm verən cəmiyyətlərlə o biriləri arasında fərqi hiss etmək olur.
- Müxtəlif peşə sahəsi üzrə təhsil alan insanlar adətən öz peşələrinə uyğun kitabları, məlumatları oxuyurlar. Bəzən, vaxt məhdudluğu da əsas səbəbə çevrilir. Sizcə, bir elm adamı bədii ədəbiyyat oxumalıdır?
- Söhbət bədii ədəbiyyatdan gedirsə, müzakirəsiz şəkildə bu dünyada yaşayan və istənilən peşə ilə məşğul olan şəxs onunla ünsiyyətdə olmalıdır. Ona görə ki, bayaq dediyim kimi, hansısa ədəbi materialın içərisindən 70, 100 illik təcrübəni əldə etmək olar. Bu baxımdan düşünürəm ki, hansı sahədə olmasından asılı olmayaraq imkan daxilində hər bir insan ədəbiyyat oxumalıdır. Əlbəttə, bu, həm də alışqanlıq, vərdiş məsələsidir. Mütaliə vərdişi olan cəmiyyətlərdə mütaliənin fərqini hiss etmək olur. Yəni, ədəbiyyatla maraqlanan bir həkimlə, maraqlanmayan həkim arasında mütləq fərq var.
- Nə kimi fərq?
- Ən başlıcası insana, həyata baxış, dünyanı dərk etmə, hadisəyə qlobal, insani olaraq yanaşa bilmə dərhal hiss olunur. Ədəbiyyat vasitəsi ilə keçmişi, tarixi öyrəndikcə hiss edirsən ki, dünya yaranandan heç bir şey dəyişməyib. Hər şeyin əvvəlində gözəl münasibətlər dayanır. Gözəl münasibət vasitəsi ilə insan həm ətrafdakıları yaşada bilir, həm onlara müsbət enerji ötürür. Ataların yaxşı bir sözü var: Dilini nəyə öyrəşdirsən, onu görərsən. Mütaliə vərdişi, ümumiyyətlə, bütün yaxşı vərdişlər ailələrdən ailələrə, nəsillərə ötürülməlidir. Ədəbiyyatın faydalı olduğunu bu gün heç kim inkar edə bilməz. Amma biz bunu bu gün cəmiyyətimizdə nə qədər tətbiq edə bilirik? Əsas məsələ budur. Necə ki, idmanın cana faydası olduğunu bilənlərin on faizi bu gün idmanla məşğul olmur. Çünki idmanla məşğul olmaq da bir həyat tərzidir. Buna aşina olmaq üçün idmanı uşaqlara erkən yaşda tətbiq etmək lazımdır. Ədəbiyyatı da həyat tərzinə çevirmək lazımdır. İnsanlar ədəbiyyatı cəmiyyətə, xalqa sevdirərək öz övladlarına təbliğ edən zaman bunun nəticəsini illər sonra ala bilər.
- Son illər kitaba münasibət bir ziyalı kimi sizi qane edir?
- Son otuz ildə ümumiyyətlə postsovet məkanında bu baxımdan çox zərbəli tarix keçdik. Son illər ədəbiyyata münasibət dəyişsə də, ondan əvvəlki münasibət o qədər də ürəkaçan deyil. Sovet dövründə ola bilərdi ki, əsərlər hansısa senzuradan keçsin, buna baxmayaraq, insanlar ədəbiyyat oxumağa təşviq edilirdilər. İnsanların kitab oxumağa zamanı və vaxtı olurdu. Bu gün avtomatlaşmış həyat tərzimiz içərisində hadisələr, əhvalatlar əlçatan olsa da maraq itirib. Uşaqların kitaba olan münasibəti həmin avtomatlaşmanın nəticəsidir və heç də xoş deyil. Bir həqiqət var ki, kitaba olan münasibət dünyamızda getdikcə mənfiyə doğru gedir. Ancaq ədəbiyyatı özünün həyat tərzinə çevirmiş insanların yaşam boyunca daha çox uğur qazandığının şahidi olmuşam. Bu, dəqiqdir.
- Yetkinliyə gələn yolda insanın həm də bir nağıl həyatı var. Valideynlərinin, nənə və babalarının onlara nağıl danışması, sonrakı həyatlarına ciddi təsir edir.
- Mənə elə gəlir ki, uşaqlıq dövrü keçəndən sonra bu vərdişi qazanmaq bir az çətin olar. Vərdişlərin ötürülə bilməməsi təkcə valideynlərin günahı deyil. Burada texnologiyanın inkişafı da təsir edir. Bu, artıq zamanın gətirdiyi çətinliklərdi. Bu gün bizi dinləyən, oxuyan insanların 99 faizi gününün böyük hissəsini sosial məkanda vaxt keçirməklə məşğuldur. Və sosial məkan asılılığı elə bir səviyyəyə çatıb ki, bunun təsiri cəmiyyətdə nəzərə çarpacaq dərəcədə hiss olunur. Bu asılılıq bəzən bizim əlimizdə olmadan insanlarla münasibətlərimizə zərər verir. Bizim uşaqlıqda gördüklərimizlə indikilər arasında çox böyük fərq var. Bu, o demək deyil ki, o vaxtın valideynləri daha diqqətli idi, indikilər yox. Xeyr. Bu gün texnologiyanın sürəti, bayaq dediyim kimi, məlumat çoxluğunun fəsadlarıdır. Biz hər gün bu məlumatları almadığımız zaman özümüzü yarımçıq hesab edirik. Otuz, qırx il bundan əvvəl isə səhər oyanan atanın, ananın dünyanın harasındasa bir fəlakətin baş verməsi maraqlandırmırdı. İndi adamlar Bakıda hansı müğənni səhər nə yeyirsə, onu da bilirlər. Bunlara başı qarışan valideynlərin uşaqlarına vaxt ayıra bilmir. Biz bunların fəsadını iyirmi, otuz ildən sonra görəcəyik. Əvvəllər biz Avropa ölkələri ilə müqayisədə özümüzlə öyünürdük. Avropa ailələrindəki münasibətlər otuz il əvvəl bizə qəribə gəlirdi, amma indi dünyanın hər yerinə yayılır. Bəlkə də inkişaf elə budur, sadəcə biz qəbul etməkdə çətinlik çəkirik.
- Uşaqlıqda sizə nağıl danışan insanları xatırlayırsınız?
- Bəli. Uzun illər keçsə də o hislər mənim xatirimdə diridir. Məni yatızdırdıqları zaman valideynlərimin mənə nağıl danışması yadıma gəlir. Nənəm və babam mən kiçik olanda dünyalarını dəyişiblər. Ona görə də mənə nağılları böyük bacı-qardaşlarım, ata-anam danışırdılar. Həmin günlərin bir anını belə xatırlayanda gözəl hislər yaşayıram. Bu ənənəni öz uşaqlarıma nə qədər verə bilmişəm, deyə bilmərəm. Amma böyük oğlum iki, üç yaşında olanda ona nağıllar anladırdım. Bizim evimizdə meşə rəsmi olan bir tablo vardı. Yadıma gəlir, mən o tabloya baxıb meşədən, oradakı heyvanlardan oğluma müxtəlif nağıllar uydururdum. O nağılları o qədər əzbərləmişdi ki, sonradan həmin tablonu harda görsə, o nağılları dərhal xatırlayırdı. Və hiss etmişdim ki, oğlum on beş il keçmişə qayıdıb. Bu baxımdan, bəzi dəyərlər var ki, onu zamanında yaşamaq lazımdır. Ola bilər, sonradan doğulan övladlarıma bu ilgini verə bilmədim, zamanım olmadı, amma imkanım olduğu qədər buna çalışdım. Nə qədər sürətli dövrdə yaşasaq da, övladlarımızla, yaxınlarımızla vaxt keçirməyə çalışmalıyıq. Bunu nağıl danışmaqdan tutmuş, fərqli ünsiyyətlərə qədər davam etdirmək olar.
- Uşaqlıq dövründən yadınızda nağıl, dastan, şeir qalıbmı?
- Uşaqlıqdan yadımda daha çox uşaq şeirləri qalıb: “Xoruz”, “Keçi” şeirlərini əzbər bilirdik. “Qırmızıpapaq”, “Cırtdan”, “Göyçək Fatma” nağıllarını çox sevirdik.
- Vaxtınız olanda hansı müəllifləri oxuyursunuz?
- Mən daha çox fəlsəfi kitablar mütaliə edirəm. Ürək cərrahiyyəsi elə bir sahədir ki, işə yanaşdıqca, sənətin gətirdiyi xüsusiyyətlər mütləq sənin həyatına təsir edir. Bəzən, ən çətin anda qalan valideynə kömək edirsən. Bəzən isə yüz nəfərdən birinə kömək edə bilmirsən. Həkim kimi, fərd kimi özünü başqa birisinin yerinə qoymalı olursan, düşünürsən. Bu cür həyatın içərisində artıq hadisələrə fəlsəfi yanaşmağa, dünyada baş verən dəyişikliklərin gedişatı fonunda baxmaq gücü əldə etməyə çalışırsan. Edə bilməsən, bu cür çətin peşə ilə məşğul ola bilməzsən. Bu baxımdan son on ildə daha çox filosofların kitabları məni cəlb etməyə başladı. Bilirsiniz ki, müsbət enerjinin yaranması və enerji mübadiləsi kimi fəlsəfi düşüncələr var. Bu düşüncələrlə həyatın mürəkkəb görünən tərəfləri insana çox sadə təsir edir. Hətta belə bir düşüncə var ki, böyümək üçün böyümək xərçəng hüceyrəsinin fəlsəfəsidir. Bu, təxminən iki yüz il əvvəl Amerikada yaşamış rəssam-filosofun fəlsəfəsidir. Belə baxanda, cümlə olaraq çox sadə görsənir. Söhbətin nədən getdiyi də anlaşılmır. Xərçəng insanların ağlında mənfi hissiyyat kimi qalıb. Amma gəlin, ona başqa tərəfdən yanaşaq. Uşaqların uşaqlıq qəhrəmanları Betmen, Supermen kimi güc simvolları var. Onlar həm böyüyənlər, dünyaya hakim olanlardır, həm də xilaskarlardır. Xərçəng də böyümək istəyən hüceyrədir. Əgər xərçəng hüceyrəsinə verilən güc bir insana verilsəydi, o, bir ay içərisində silah-sursatsız dünyanın yarısını zəbt edərdi. Əslində, bu, pis deyil, arzuladığımız bir şeydir. Xərçəngə verilən güc də zamanla o qədər böyüyür ki, ətrafına şaxələnməyə başlayır. Ona verilən gücdən istifadə edir. Hüceyrələri saatda on minlərlə artır. Böyüyən hüceyrə insanın ölümü ilə birgə məhv olur. Mən dediyim fəlsəfi düşüncədə də deyir ki, böyümək üçün böyümək xərçəng hüceyrəsinin fəlsəfəsidir. Xərçəng hüceyrəsi pisdir deyə biz böyüməyi pis qəbul etməməliyik. Böyüməkdə bir ülvi məqsəd, müsbət enerji var. Bu gün dünya siyasətinə də nəzər saldıqda görürük ki, super güclər böyümək üçün böyüyürlər və böyüdükləri zaman fərqinə varmırlar ki, ətrafa nə qədər zərər verirlər. Onların səyi ilə yaranan hadisələr kainata zərər vurur. Bu da həyatın sona çatmasına rəvac verir. Ona görə də istənilən hər şeyi ülvi, gözəl, faydalı hislərlə böyütmək lazımdır ki, onun yaxşı nəticəsi olsun, ölümə məhkum olmasın.
- Rəşad bəy, şair və yazıçılardan kimlərlə dostluq edirsiniz?
- Ailəvi dostlarım var. Amma bu, sırf şair və yazar olduğuna görə deyil. Elə bir kriteriyam yoxdur. Tanınmış yazar və tərcüməçi Kamran Nəzirli ilə dostam. Onunla tez-tez görüşürük. Qəzənfər Paşayevlə dostluq münasibətimiz var. Onun ədəbiyyatla bağlı tədbirlərində vaxt tapdıqca iştirak edirəm. Ümumilikdə aktiv ədəbi mühitlə o qədər də iç-içə olmamışam.
- Poeziyanı daha çox ürəyə yaxın hesab edirlər. Ürək cərrahı kimi bu fikrə münasibətiniz maraqlıdır.
- Mənim özümün şeir demək qabiliyyətim yoxdur. Amma şeirin və düşüncənin olduğu məclislərdən zövq alıram. Bu, sadəcə dinləmək mənasında yox, həm də hiss etmək, duymaq, hansısa hisslərini sığallamaq anlamındadır. Şairlərimizdən Səməd Vurğunun, Mikayıl Müşfiqin, Bəxtiyar Vahabzadənin, Ramiz Rövşənin şeirlərinə müraciət etməyi, onları zövq alaraq dinləməyi, oxumağı, dərs almağı xoşlayıram. Hər dəfə onları oxuduqda, onların illər əvvəl dediklərinin indi nə qədər aktual olduğunu hiss edirəm. Ana dilimin zənginliyindən zövq alıram. İnsan bir çox dillər bilə bilər, bu gözəldir. Amma ana dilini bilmədən başqa dilləri öyrənmək bir az qəribədir. Xarici dillərdən sonra ana dilini öyrənirsənsə, bu, artıq sənin doğma dilin yox, daha bir xarici dilin olur. Uşaq dil açıb ilk dəfə hansı dildə ana sözünü işlədirsə, ana dili odur. Sovet dövründə xarici dil bizə dördüncü sinifdən sonra tədris olunurdu. Çünki hər bir cəmiyyət ilkin olaraq öz dilini bilməli, öz dilində oxumalıdır. Mən o millətlərə daha çox qibtə edirəm ki, əvvəlcə öz dillərində daha məharətlidirlər, sonra başqa dillərdə. Biz indi ədəbiyyatdan danışdıq, amma hər şeyin təməlində dil dayanır. Bizim dilə qarşı bugünkü münasibətimiz, ədəbiyyata qarşı münasibətsizliyimizi ortaya qoyur. Unutmamalıyıq ki, ədəbiyyatı ədəbiyyat edən, onun dəyərini hiss etdirən ana dilidir.
Mirzə Ələkbər Sabirin, Müşfiqin, Mirzə Cəlilin adlarını eşidən zaman onlardan gələn məntiqi, düşüncəni öz dilində anlayan insan Azərbaycanlı olduğunu hiss edə bilər.
- Ədəbiyyat adamlarından xəstələriniz olub?
- Çox olub. Amma adlarını çəkmək istəmirəm.
- Məcazi sual olsa da, bilmək istərdim, onların ürəyi ilə adi adamların ürəyi arasında hansısa fərq olub?
- Bu, dediyiniz kimi məcazi baxış ola bilər. Ürəyin anatomik quruluşu ilə onun duyğusallıq məsələsi tamamilə fərqlidir. Onları birləşdirmək doğru deyil. Amma yaradıcı xəstə ilə adi xəstə arasında, onunla ünsiyyətdə təbii ki, fərq olur, həm də həkimə də böyük zövq verir. Çünki yaradıcı insanın arxasında fundamental bir baza dayanır. Səhər vaxtı böyük bir əməliyyatdan çıxıb gəlib yaradıcı insanla ünsiyyətdə olmaq daha fərqlidir.
- Nikbin olurlar, ya bədbin?
- Xarakterə bağlı məsələdir. Bilirsiniz, ədəbiyyat dünyasında yazı stilistikası ilə fərqli qütblərdə dayanan insanlar çox olur. Bu, onların psixologiyası, həyatın onlara təsiri ilə əlaqəlidir.
- Bildiyimə görə, Bəxtiyar Vahabzadənin ürəyi sağ tərəfdə olub. Ümumiyyətlə, belə insanlar fərqli olurlar?
- Belə xəstələrim çox olub. Mən anadangəlmə ürək qüsurlarını əməliyyat etdiyim üçün sağ tərəfdə ürəyi və ümumiyyətlə orqanlarının yeri dəyişik olan insanları çox görmüşəm. Bunun xarakterlə əlaqəsi yoxdur. Belə deyək, bunu xarakterlə əlaqələndirmək üçün ortaya hansısa fikirlər ata bilərik, amma dünyada sübuta yetirilən elmlər var. Professional tibbin içərisində olduğum üçün ürəyin sağda və ya solda yerləşməsinin insan psixologiyasına heç bir təsiri olmadığını deyə bilərəm.
- Poeziyada ürəyə həm də könül, qəlb deyirlər. Bu sözlərdən hansı sizə daha yaxındır?
- Çox maraqlı sual oldu. Əslində, insanın ruh halına bağlıdır. İstər ürək, istər könül, istərsə də qəlb hər üçü hansısa məqamda biri digərindən daha üstün görünür. Ürəklə sevmək könüllə və ya qəlblə müqayisədə daha güclüdür. Amma könüldən keçən arzu, hiss də mənə görə ürəkdən, qəlbdən keçəndən daha güclüdür. Yəni, mən könlümdən keçən hissi elə bu cür də dilə gətirərəm. Qəlbə isə məşhur bir deyimlə, gözlər qəlbin aynasıdır deyimi ilə yanaşa bilərik. İndi ədəbi formada dilə gətirə bilməsəm də, deyə bilərəm ki, hər üç ifadənin özünəməxsus yeri, dəyəri var. Hər birinin müsbət enerjisi var. Hansı adla yaxınlaşmağımızdan asılı olmayaraq, əsas odur ki, dəyərlərimizi qoruya bilək. Tanrı sevgini hiss etmək və hiss etdirmək gücünü əlimizdən almasın. Qəlbdən gələn sevginin bəzən əks tərəfləri də olur, amma kainatdakı müsbət enerj mənfiyə qalib gəlir. Bu məntiqlə hər şeyin, eləcə də sevginin ürəkdə olanının daha güclü olmasına inanaq. Bu düşüncə ilə övladlarımıza bu məntiqi, bu hisləri çatdıra bildiyimiz zaman dünya daha rahat olacaq. Dünyadakı bütün problemlərin təməlində sevgisizlik durur. Dünyada nə qədər xoş şey varsa, onların da var olma səbəbi sevgidir.
- İslam fəlsəfəsinə görə, insanın ölümü ürəyin dayanması ilə ölçülür. Elmdə necə, ürəyin insan ölümü ilə əlaqəsi haqda nə deyə bilərsiniz?
- Ədəbiyyatın hadisəyə baxışı fərlidir. Tibbi baxımdan insanın həyatının bitdiyi yer beyin ölümünün gerçəkləşdiyi dəqiqədir. Yəni, əgər beyin ölümü varsa, insan artıq yoxdur. Halbuki, beyin ölümü olandan sonra bədənin bütün orqanlarını yaşatmaq mümkündür. Bununla bağlı həyatımızda xeyli təcrübələr var. Hətta, uzun illər Türkiyədə transplantasiya mərkəzində işlədiyimə görə, beyin ölümü olan insanları zaman içərisində hazırlayaraq sonra onların orqanlarını götürüb başqalarına köçürtmüşük. Yəni bu kimi müzakirələr həmişə olub. Hüquqi, dini, fəlsəfi, elmi aspektdən bu məsələyə yanaşsaq, elm, kitab bilgiləri birmənalı olaraq deyir ki, beyin ölümü konstitusiyaya görə də insan həyatının bitdiyi andır.
- Ruhun candan ayrıldığı məqam...
- Ruh da subyektiv məsələdir. Mən məsələyə sırf tibbi baxımdan yanaşıram. İşin başqa bir tərəfi də var. Beyin funksiyaları dayanandan sonra insanın düşünmə qabiliyyəti itir. Əgər ruh dediyimiz enerji varsa, biz onu baxışımızla, mimikamızla, hərəkətlərimizlə yayırıq. Beyin ölümündən sonra bunu yaymaq imkanımız olmayacaq. Lakin bədənin istiliyindən, onun orqanlarının canlılığından söhbət gedirsə, onları tənzimləyən, son qərarı verən ürəkdir. Ürək dayandıqdan sonra hər şey dayanır. Beyinin bədənin bütün orqanlarını dayandırması üçün bəlli bir vaxt lazımdır, o, ancaq özünü dayandıra bilir. Bir neçə gün, bir ay beyin işləmədiyi halda insanı yaşatmaq mümkündür. Ancaq ürək dayanandan sonra əfsuslar olsun ki, heç nəyi yaşatmaq mümkün deyil. Ona görə sizin sualınızla bağlı təzadlı münasibətlər var və bu fikir ayrılığı bu gün də davam edir. Beyin, yoxsa ürək önəmlidir sualına fərqli hadisələrdən, fərqli baxışlarla baxmaq lazımdır. Beyinin yerinə hələ ki, hansısa süni intellekt keçə bilmir, amma ürəyin yerinə süni ürək, ağciyərin yerinə süni Ekmo aparatı keçə bilir. Müqayisə edən zaman beyin yenə də ön plandadır. İnsan əslində, yenə deyirəm, enerjidən ibarətdir. Biz enerjimizi paylaşdıqca, var olduğumuzu ortaya qoyuruq. Bu enerjini də mərkəzdən idarə edən beyindir. Beyin yoxdursa, insan da yoxdur.
kulis.az