Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bəşəriyyətin məhvi:kişilərdə spermatozoid 59% azalıb


İnsanın sağ qalması spermatozoidlərin azalması və cinsi inkişafın dəyişiklikləri təhlükəsiylə üz-üzədir. 


Cenub.az Axios-a istinadla xəbər verir ki, bunu Maunt-Sina İkana Tibb Məktəbinin reproduktiv epidemioloqu Şanna Svon deyib.

Şanna xanım yaxınlaşmaqda olan nəsilartırma böhranının iqlim böhranı ilə müqayisə edilə bilən qlobal bir təhlükə yaratdığına əmindir. Mütəxəssis "insan reproduktiv sisteminin mövcud vəziyyəti bəşəriyyətin sağ qalmasına təhlükə yaratmadan daha uzun müddət davam edə bilməz".

Svon Qərb dünyasında kişilərdə spermatozoidlərin sayının 1973-2011-ci illər arasında 59% azaldığını göstərən son bir araşdırmanın nəticələrinə istinad edir. Reproduktiv mütəxəssislərin proqnozlarına görə, bu gedişlə kişilərdə orta spermatozoidlərin sayı 2045-ci ildə sıfıra çatmalıdır.

Mütəxəssis müasir həyatın spermatozoidlərin sayını təhdid etdiyini vurğulayır: düzgün olmayan həyat tərzi və kimyəvi maddələrə məruz qalma bizi təhlükəylə qarşı-qarşıya qoyur. O zərərli maddələr isə hər yerdədir - endokrin sistemə təsir edən plastiklərdə, kosmetik və pestisidlərdə. Onların içərisindəki ftalat və bisfenol-A isə insanın cinsi inkişafını və nəsilartırmasını təhdid edir. Bundan əlavə, tütün, marixuana və artan piylənmə "kişilərin" sterilizasiyasında daha bir mənfi rol oynayır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10