Cenub.az bildirir ki, 40 ildən artıq Masallı rayon Mədəniyyət Şöbəsinə, daha sonra isə Cəlilabad, Yardımlı və Masallı rayonlarını əhatə edən Masallı Regional Mədəniyyət idarəsinə rəhbərlik etmiş Mövsümova Lətifə Əgdər qızı öz ərizəsinə görə vəzifəsindən azad edilib.
L. Mövsümova Masallı mədəniyyət şöbəsinə rəhbərlik etdiyi dövrdə biz sıra uğurlara imza atmış, Masallının “Halay”ı daha da şöhrətlənmiş, onlarla ölkədə rayonumuzu təmsil etmiş, xalq teatrı bir sıra nəzərəçarpacaq uğurlara imza atmışdır.
L. Mövsümova səmərəli fəaliyyətinə görə Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi və “Tərəqqi” medalına layiq görülmüşdür.
Qısası, Lətifə xanım təkcə Masallının yox, mədəniyyət işçilərinin, eləcə də ölkənin qadın camesinin nəzərində bir çox özünəməxsus özəllikləri ilə seçilən, dəyərləndirən bir qadındır.
Lətifə xanıma 50 ildən artıq əmək fəaliyyətindən sonra özünün arzu etdiyi özünəməxsus rahatlıq, dinclik arzulayırıq.
Cenub.az Zahir Əmənov