Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyada ilk dəfə: Türkiyə polisi “ATAK” hücum vertolyotları ilə silahlanır


Bu gün Türkiyənin Polis Təşkilatı milli hərbi sənayenin istehsalı olan “ATAK” hücum vertolyotlarını öz silahlanmasına daxil edib. Virtualaz.org xəbər verir ki, vertolyotları istehsal edən TÜSAŞ şirkətinin zavodunda polis təşkilatına onların təhvil verilməsi mərasimi keçirilib. Vertolyotlar 23 millimetrlik avtomatik top, pulemyot və “hava-yer” raketləri ilə təchiz olunub. Dünyada ilk dəfədir ki, polis qüvvələri bu cür hücum-döyüş vertolyotları ilə silahlanır. Bundan əvvəl vertolyotlar Türkiyə ordusunun silahlanmasına daxil edilmişdi.

Qeyd edək ki, Azərbaycan da Türkiyədən “ATAK” vertolyotları almağa maraq göstərir. Bəzi məlumatlara görə, artıq müvafiq müqavilələr də bağlanıb.
İndiyədək Türkiyənin Quru Qoşunlarına 50 ədəd, Jandarma Qüvvələrinə isə 6 ədəd “ATAK” T-129 vertolyotları təhvil verilib. Polis Təşkilatı isə 9 belə vertolyot (xüsusi modifikasiya edilmiş) sifariş verib. Ekspertlərə görə, Türkiyə polisinin hücum vertolyotları ilə silahlanması onun terrorla mübarizə imkanlarını xeyli genişləndirəcək.
Virtualaz.org
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10