Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tarixə qovuşmuş “23 fevral – ordu günü” – Trotski ilə başlayan, Şapoşnikovla bitən “dastan”


Sovet dövründə yaşayanlar 23 fevral tarixini daha çox “Kişilər günü” kimi xatırlayırlar. 70 il ərzində SSRİ-də bu gün ordunun yarandığı gün kimi qeyd olunub.
SSRİ-nin süqutundan sonra da postsovet məkanında bu günü bayram kimi qeyd edənlər az deyil. O cümlədən Azərbaycanda da 23 fevral təbrikləşmələrinə rast gəlinir. Cəmiyyət tərəfindən bu məsələ birmənalı qarşılanmır. Kimlər tərəfindənsə 23 fevral təbrikləri qınanılır, kimlərsə buna normal yanaşır. Əslində nə vaxtsa sovet ordusunda xirmət edənlərin bu bayram payında təbrik almaq haqqı var, ancaq həmin ordunun 1990-cı ilin 20 yanvar günü silahsız, dinc əhaliyə silah qaldırması işləri korlayır.
Sovet ordusu 70 il ərzində hansı hadisələrlə yadda qalıb?
Qırmızı ordu 1918-ci ildə yaransa da, 23 fevral tarixi 1922-ci ildə təsis edilib. Əvvəlcə bu gün “Qırmızı ordu günü”, 1946-cı ildən “Sovet ordusu günü”, 1949-cu ildən isə “Sovet ordusu və Hərbi Dəniz Donanması günü” adlandırılıb.
5-38.jpg (78 KB)
Hərbi qulluqçaları çıxmaq şərti ilə 23 fevral tarixi SSRİ-də iş günü sayılıb.
Sovet ordusunun strurkturu ayrı-ayrı dövrlərdə 8 fərqli adlarda olub:
1. Hərbi və dəniz işləri üzrə SSRİ Xalq Komissarlığı;
2. SSRİ Xalq Müdafiə Komissarlığı;
3. SSRİ Hərbi və Dəniz Donanması Xalq Komissarlığı;
4. SSRİ Silahlı Qüvvələri Xalq Komissarlığı;
5. SSRİ Silahlı Qüvvələri Nazirliyi;
6. SSRİ Hərbi Nazirliyi;
7. SSRİ Hərbi-Dəniz Nazirliyi;
8. SSRİ Müdafiə Nazirliyi
23 февраля - День защитника Отечества.jpg (95 KB)
SSRİ silahlı qüvvələrinə 70 il ərzində 19 nəfər rəhbəlik edib: Lev Trotski, Mixail Frunze, Kliment Voroşilov, Semyon Timoşenko, İosif Stalin, Pyotr Smirnov, Mixail Firinovski, Nikolay Kuznetsov, Nikolay Bulqanin, Aleksandr Vasilevski, İvan Yumaşev, Georgi Jukov, Rodion Malinovski, Andrey Qreçko, Dmitri Ustinov, Sergey Sokolov, Dmitri Yazov, Mixail Moiseyev (1991-ci ilin 22-23 avqust tarixində bir gün nazir vəzifəsini icra edib), Yevgeni Şapoşnikov.
SSRİ-də 41 nəfərə Sovet İttifaqı Marşalı rütbəsi verilib. Onlardan 36 nəfəri hərbçi olub.
015.JPG (137 KB)
II dünya müharibəsindən sonra sovet ordusu dünyanın ən güclü ordularından biri sayılıb və məhz elə bu səbəbdən də SSRİ dünyanın güc dövlətlərindən birinə çevrilib.
Sovet ordusunun bazaları bir sıra xarici ölkələrdə - Almaniyada, Polşada, Avstriyada, Çexoslovakiyada, Macarıstanda, Kubada, Monqolustanda, Əfqanıstanda, Suriyada, Vyetnamda, İraqda da yerləşib.
SSRİ-nin silahlı qüvvələrinə aşağıdakı hərbi qurumlar daxil olub:
1. Mərkəzi idarəetmə aparatı;
2. Quru qoşunları;
3. Hərbi hava qüvvələri;
4. Hava hücumundan müdafiə qoşunları;
5. Raket qoşunları;
6. Mülki müdafiə qoşunlar;.
7. Hərbi dəniz donanması.
8. Silahlı qüvvələrin arxa cəbhə baş idarəsi.
9. Daxili qoşunlar.
10. Sərhəd qoşunları.
74-27 (1).jpg (137 KB)
Ordunun fəaliyyət istiqamətləri hərbi dairə və qoşun qrupları ilə müəyyənləşdirilib. Bura 16 hərbi dairə, 5 qoşun qrupu aid edilib.
1925-ci ildə sovet ordusunun şəxsi heyəti 562 min nəfər hərbi qulluqçudan ibarət olub. 1991-ci ildə bu rəqəm 3 milyon 400 min nəfərə şatıb. 1939-cu ildə şəxsi heyətin sayı 1 milyon 700 min nəfər olduğu halda, 1945-ci ildə bu rəqəm ən yüksək həddə çatıb: 11 milyon 365 min.
SSRİ-nin siyasi rəhbərliyi tərəfindən ordu siyasi məqsədlər üçün də istifadə edilib. “Praqa baharı” kimi tarixə düşmüş Çexoslovakiya hadisələri (1968-ci il), Macarıstandakı siyasi qiyamın ram edilməsi (1956-cı il), Afrika ölkələrində hərbi əməliyyatlar buna sübutdur.
120149.007605.5115.jpeg (115 KB)
Həmçinin ordudan ölkədaxili qiyamların, tətillərin, nümayişlərin yatırlmasında da siyasi rəhbərlik güc vasitəsi kimi istifadə edib. Xüsusilə Nikita Xruşovun hakimiyyəti dövründə sosial narazılıqlar səbəbindən tez-tez baş verən xalq etirazlarının yatırılmasına hərbçilər cəlb ediliblər.
Sovet dövründə hərbçi kadrların hazırlanması və onların peşəkarlığının artılırması üçün yüzlərlə ali və orta hərbi məktəblər fəaliyyət göstərib. İlk hərbi akademiya isə hələ SSRİ-nin təşkil olunmasından əvvəl yaradılıb. Frunze adına hərbi akademiya 1918-ci ildə Moskvada fəaliyyətə başlayıb. O cümlədən Bakıda da bir neçə hərbi təhsil ocağı fəaliyyət göstərib.
Bu yazı 1990-cı ildə Bakıda qırğın törətmiş sovet ordusu haqqında kiçik bir tanıtım yazısıdır. Amma bu həm də həmin ordudur ki, onun sıralarında yüz minlərlə azərbaycanlı xidmət edib. Xüsusilə sovet-alman müharibəsində həmyerlilərimiz bu ordunun sıralarında öz xidmətləri ilə müharibə tarixinə neçə-neçə qəhrəmanlıq səhifələri yazıblar. Bəlkə də bu baxımdan 23 fevral tarixini köhnə kişilərin bayramı kimi də adlandırmaq olar.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10