Qarın qalınlığı 20 sm-ə çatıb
Cəlilabad rayonunun dağ və dağətəyi yaşayış məntəqələrində yağan qar fəsadlar yaradıb. Cenub.az “Report”a istinadən xəbər verir ki, qarın qalınlığı 20 sm-ə çatıb.
Rayonun Buravar Badamağacı, Şatırlı, Əsədli, Ləkin, Musalı və ətraf kəndlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Kənd sakinlərinin dediklərinə görə, sözügedən kəndlərlə rayon mərkəzi arasında əlaqə kəsilib.
Həmçinin Cəlilabad-Yardımlı yolunda da hərəkət dayanıb. Ərazidə həmçinin rabitə xətlərinin qırılması səbəbindən internet əlaqəsi kəsilib. Hazırda bu kəndlərdə şaxtalı hava hökm sürür.