Azərbaycan İnvestisiya Holdinqindən gözləntilər birmənalı deyil
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” və “Bakı Metropoliteni” Qapalı Səhmdar cəmiyyətlərinin, eləcə də Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin (AİH) idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. Bununla da AİH-in nəzarətinə verilən şirkətlərin siyahısı genişləndirilib.
Holdinqin idarəçiliyi şirkətlərdə nələri dəyişəcək? Ümumiyyətlə, AİH üzərinə qoyulan vəzifələrin öhədsindən gələ biləcəkmi?
Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov açıqlamasında deyib ki, dövlət şirkətlərinin vahid idarəetməyə verilməsi və Azərbaycan İnvestisiya Holdinqi tərəfindən idarə olunması həmin şirkətlərin idarə edilməsində səmərəliliyin və eyni zamanda şəffaflığın artırılması baxımdan çox vacibdir: “Nəzərə alaq ki, bu şirkətlər məşğulluqda xüsusi paya, eyni zamanda dövlət gəlirlərinin formalaşmasında kifayət qədər paya malikdir. Bir tərəfdən də həmin şirkətlərdə idarəetmənin təkmilləşdirilməsi imkan verəcək ki, həm dövlət vəsaitlərinin idarə edilməsi, həm də səmərəli istifadə olunması imkanları genişlənsin”.
Deputatın sözlərinə görə, kiçik və orta müəssislərin də dövlət şirkətləri tərəfindən reallaşan layihələrə cəlb edilməsi mümkün olacaq: “Bu da dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, o baxımdan bu da artıq birmənalı şəkildə Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin, eləcə də fəaliyyət dairəsinə daxil olan müəssisələrin siyahısının dəqiqləşdirilməsi və təsdiq olunması bu sektorda həm idarəetmədə, həm səmərəlilikdə, həm də şəffaflıqda yeni bir mərhələnin başlanmasına imkan verəcək. Nəticə etibarilə bu, Azərbaycan iqtisadiyyatında növbəti mərhələdə xüsusi lokomativlərdən biri olacaq”.
İqtisadçı-ekspert Rəşad Həsənov da şərhində qeyd edib ki, AİH-in funksiyası dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin təşkili ilə əlaqədardır: “Burada şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin aradan qaldırılması, hesabatlılığın artırılması, bundan başqa idarəetmənin təkmilləşdirilməsi, o cümlədən korporativ idarəetmə modellərinin təşviqi imkanlarının araşdırılması əsasdır. Bütün bunlarla yanaşı, hansısa müəssisələrin ya bütövlükdə, ya da onun fəaliyyətinin müəyyən bir hissəsinin təchizat zəncirinin özəlləşdirilməsi imkanlarının öyrənilməsi və təkliflərin hazırlanıb hökumətə təqdim edilməsidir”.
Holdinqin bu hədəflərə nail ola biləcəyinə gəldikdə, Həsənov birmnalı cavab verməkdə çətinlik çəkib: “Çünki faktiki olaraq vəziyyət bu yerə gəlib çatıb. Dövlət müəssisələrinin uzun müddət səmərəsiz idarə olunması və korrupsiyalaşması prosesi baş verib. Onlar büdcədən dotasiyalar alıb, özləri də çox vaxt korrupsiya predmetinə çevrilib. Və fərqli sahələrdə fəaliyyət göstərən böyük dövlət müəssisələrinin yalnız bir “çətir” altında birləşdirilməsi prosesin nəticələrinin müəyyən qədər şübhə altına alınmasına gətirib çıxara bilir Çünki çox fərqli sahələrdir”.
“Bir Holdinqin bu qədər yükü hansı keyfiyyətdə idarə edəcəyi və daşıya biləcəyini proqnozlaşdırmaq çox çətindir. Hətta, proqnozlaşdırmaq olar ki, burada tam olaraq onların gələcəkdə etmək istədiklərini edə bilməmələri potensialı da çox yüksəkdir. Bunun üçün çox ciddi və böyük texniki baza lazımdır, uzun zaman lazımdır, nöqsanların üzə çıxarılması və onların həll olunması araşdırma tələb edir. Hər bir sahənin özünün də spesifik problemləri var. Bütün onlar haqqında məlumatların toplanılması və s. vaxt tələb edən proseslərdir. Ciddi nəticələrin olacağını gözləmirəm. Amma əvvəlkindən yaxşı olacağını gözləmək olar”, - həmsöhbətimiz əlavə edib.

“Digər tərəfdən, bu, həmçinin həmin şirkətlərin investisiya qoyuluşlarının qiymətləndiriməsi baxımından vacib hesab olunur və xüsusi beyin smartlarından istifadə olunacaq ki, bu da sərmayə qoyuluşlarında səmərəliliyin artmasına imkan verəcək. Bu, dövlət şirkətlərinin idarə edilməsində yeni mərhələnin başlamasına imkan verəcək. Özəl sektorla iri dövlət müəssisləri arasındakı əməkdaşlığı gücləndirmək mümkün olacaq”, - ekspert bildirib.
Deputatın sözlərinə görə, kiçik və orta müəssislərin də dövlət şirkətləri tərəfindən reallaşan layihələrə cəlb edilməsi mümkün olacaq: “Bu da dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, o baxımdan bu da artıq birmənalı şəkildə Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin, eləcə də fəaliyyət dairəsinə daxil olan müəssisələrin siyahısının dəqiqləşdirilməsi və təsdiq olunması bu sektorda həm idarəetmədə, həm səmərəlilikdə, həm də şəffaflıqda yeni bir mərhələnin başlanmasına imkan verəcək. Nəticə etibarilə bu, Azərbaycan iqtisadiyyatında növbəti mərhələdə xüsusi lokomativlərdən biri olacaq”.
İqtisadçı-ekspert Rəşad Həsənov da şərhində qeyd edib ki, AİH-in funksiyası dövlət müəssisələrinin fəaliyyətində səmərəliliyin təşkili ilə əlaqədardır: “Burada şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin aradan qaldırılması, hesabatlılığın artırılması, bundan başqa idarəetmənin təkmilləşdirilməsi, o cümlədən korporativ idarəetmə modellərinin təşviqi imkanlarının araşdırılması əsasdır. Bütün bunlarla yanaşı, hansısa müəssisələrin ya bütövlükdə, ya da onun fəaliyyətinin müəyyən bir hissəsinin təchizat zəncirinin özəlləşdirilməsi imkanlarının öyrənilməsi və təkliflərin hazırlanıb hökumətə təqdim edilməsidir”.
“Və bütün bu funksiyalar idarəetməyə götürdüyü müəssisələrin fəaliyyətinin təmin edilməsinə və o cümlədən həmin müəssisələrin ölkə iqtisadiyyatına qazandırılmasına dövlət büdcəsi üzərində müvafiq yükün aradan qalxması və həmçinin bu müəssiələrin fəaliyyətindən dövlət büdcəsinin gəlirlərinin formalaşmasına təsir göstərməlidir. Əslində, hədəf bundan ibarətdir”, - iqtisadçı vurğulayıb.