Tarixdə bir çox hadisələr var ki, onların aşkara çıxmaması üçün bir qrup insanlar mübarizə aparıblar. Lakin insanlar nə qədər cəhd göstərsələr də bu günə kimi bir çox qaranlıq hadisələr aşkara çıxıb.
Haqqında bəhs edəcəyimiz hadisə də biriləri tərəfindən unutdurulmağa çalışılıb. İstədiklərinə nail olsalar da haqqında bəzi cavabsız suallar qoyan hadisə ilə bağlı bir neçə məqamları diqqətinizə çatdıracağıq.
Söhbət “Lənətlənmiş çörək” adı ilə tarixdə öz yerini almış hadisədən gedir.
Fransanın Pont-St. Esprit kəndi bir vaxtlar hamının bir-birini tanıdığı və insanların barışıq içində yaşadığı kiçik bir kənd olub. Ancaq bir səhər bu kiçik kənddəki bütün insanlar yuxudan huşları getmiş bir vəziyyətdə ayılıblar. Eyni zamanda, güclü ürək bulanması və fiziki ağrılar da meydana gəlib. Kəndlilərin demək olar ki hamısı gördükləri hallüsinasiyaların təsiri altında olublar. Hadisə şahidləri 11 yaşlı bir uşağın nənəsini boğmağa çalışması, bəzilərinin özlərini ölmüş kimi qəbul etmələri, bəzilərinin xəyali heyvanlarla döyüşməsi, özlərini əjdaha ilə səhv salması kimi qəribə şeylər görüblər.
Həkimlər bu hadisəni eşitdikdən sonra dərhal hadisəni araşdırmağa başlayıblar. 300 nəfər müayinə olunub və ağır ruhi xəstə olan 50 nəfər ruhi xəstəxanaya aparılıb, nəzarət altına alınıb.
Tədbirdən sonra xəstələrin vəziyyəti daha da pisləşməyə başlayıb. 8 gün sonra xəstəxanada bir xəstə təyyarə olduğunu düşünüb və xəstəxananın 3-cü mərtəbəsindən tullanıb. Ruhi xəstəxanada müalicə alan xəstələrdən 6-sı orada intihar edib.
Müayinələrdən sonra həkimlər hadisənin başlanğıc nöqtəsinin kənddəki çörək sexi olduğu qənaətinə gəliblər. Çünki daha çox çörək yeyən insanlar ağır hallüsinasiyalar görürdülər, az yeyənlərin isə yalnız fiziki şikayətləri olduğu müşahidə edilib.
Araşdırma zamanı məlum olub ki, çörəkçi Roç Briandın səhvən narkotik təsiri olan erqot göbələyini çörək xəmirinə qarışdırıb.
Hadisələrdən iki il sonra kənddən daha bir nəfər intihar edib. Bundan sonra hadisəyə təkcə çörəyin səbəb olmadığına dair sual işarələri ortaya çıxıb. Daha sonra MKİ(Mərkəzi Kəşfiyyat İdarəsi) haqqında ortaya çıxan sənədlər məsələni hərtərəfli qarışdırıb.
İşi araşdıran jurnalistlər bir dərman şirkəti ilə MKİ agentləri arasında aparılan danışıqlara dair sənədləri ələ keçiriblər. Sənədlərdə kəndlilərin aparılan test zamanı dəli olduqları iddia edilir.
Əlbəttə ki, MKİ-nin bu kəndi ağıl nəzarəti təcrübəsi üçün istifadə etməsi iddiası hələ də sadəcə bir iddia kimi qalır. Hadisə hələ də tam aydınlanmayıb.
Turan Oruc
Musavat.com