Ekspertlər bu sahədə ciddi sıxıntıların yaşandığını və təcili tədbirlərin görülməli olduğunu bildirirlər
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) illik hesabatında deyilir ki, keçən ilin nəticələrinə görə, Azərbaycan internet ticarətinin inkişafı baxımından 165 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Qonşu ölkələr arasında Rusiya 41-ci, Türkiyə 57-ci, Gürcüstan 47-ci, Ermənistan 84-cü yeri tutub. Reytinqdə ilk üç yerdə İsveçrə, Hollandiya və Danimarka yer alıb. Sıralamada son üç yeri Burundi, Çad və Nigeriya tutur.
Ölkələrdə onlayn ticarətin inkişaf səviyyəsini qiymətləndirmək üçün əsas, UNCTAD mütəxəssisləri tərəfindən hazırlanmış hesabatda qeyd edildiyi kimi, “onlayn alış-verişlə ən çox birbaşa əlaqəli dörd göstəricidən ibarət olan” B2C Elektron Ticarət İndeksi idi. Bunlar mobil ödəmə hesabları olan sakinlərin nisbəti, əhali strukturundakı internet istifadəçilərinin nisbəti, poçtun etibarlılığı və təhlükəsiz internet serverlərinin mövcudluğudur. Hər bir göstərici 100 ballıq miqyasda qiymətləndirilib və dörd göstəricinin aritmetik ortalamasından yekun göstərici çıxarılıb.
Dörd göstəricidən UNCTAD mütəxəssisləri Azərbaycana ən yüksək qiymətləri - poçt etibarlılığı (82 bal) və internet istifadəçilərinin payı (81 bal) baxımından veriblər. Azərbaycan - mobil ödənişlər hesabı olan sakinlərin payına görə 29 bal, internet serverlərinin təhlükəsizliyinə görə 49 bal toplayıb.
Ticarət hüququ üzrə mütəxəssis Eldar Qocayevin dediyinə görə, fərdi istifadə üçün malların rüsumsuz idxalının yeni normaları, şübhəsiz ki, elektron ticarət və tədarükün inkişaf tempini yavaşladacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal və ticari məqsədlər üçün nəzərdə tutlmayan malların gömrük sərhədindən keçməsi üçün güzəştli və sadələşdirilmiş qaydalar”ında dəyişiklik edilməsi barədə qərarı ötən il sentyabrın 21-də qüvvəyə minib. Edilən dəyişikliyə əsasən, beynəlxalq poçtla və ya bir daşıyıcı şirkət tərəfindən 30 gün ərzində bir fiziki şəxsin adına gətirilən, ümumi gömrük dəyəri 300 dollar ekvivalenti keçməyən mallardan gömrük rüsumu alınmır. Ancaq əvvəllər göstərilən limit 1000 dollar idi.
Görünən odur ki, “Nağdsız ödənişlər haqqında” qanunun qəbulundan sonra onlayn alış-verişin populyarlığı və həcmi xeyli artmalı idi, amma bu, baş vermədi. Səbəb əlavə dəyər vergisinin artırılmasıdır. İqtisadçılara görə, dövlət məhdudiyyətləri elektron ticarətin inkişafına mane olur və ƏDV bu kimi amillərdəndir. 1 yanvar 2017-ci il tarixində Azərbaycanda vergi qanunvericiliyində digər şeylərlə yanaşı, elektron ticarətin vergiyə cəlb edilməsini nəzərdə tutan yeni dəyişikliklər qüvvəyə mindi.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz şərhində qeyd edib ki, ümumiyyətlə, Azərbaycanda elektron ticarətlə bağlı problemlər var: “Bunlardan biri də logistika ilə əlaqədardır. Vətəndaşlar bağlamalar üçün poçt şöbəsinə getmək məcburiyyətində qalırlar. Xüsusilə, bağlamaların ölkənin bölgələrinə çatdırılmasında problemlər var”.
Mütəxəssisin fikrincə, internetdə alış-verişə daha yumşaq yanaşılmalı, eyni zamanda, yük şirkətlərinin fəaliyyəti də izlənilməlidir: “Rəqəmsal mühitdə istehlakçıların hüquqlarının qorunması ilə bağlı ciddi problemlər mövcuddur”.
ayna.az

Bir əvvəl eyni reytinqdə ölkəmiz 63-cü sırada idi. Ölkənin elektron ticarətin inkişafındakı göstəricilərini niyə pisləşdirdyinə dair suala mütəxəssislər birmənalı olaraq rüsumsuz limitin azaldılmasına və ƏDV alətlərinin işə salınmasına işarə edirlər.
Ticarət hüququ üzrə mütəxəssis Eldar Qocayevin dediyinə görə, fərdi istifadə üçün malların rüsumsuz idxalının yeni normaları, şübhəsiz ki, elektron ticarət və tədarükün inkişaf tempini yavaşladacaq.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal və ticari məqsədlər üçün nəzərdə tutlmayan malların gömrük sərhədindən keçməsi üçün güzəştli və sadələşdirilmiş qaydalar”ında dəyişiklik edilməsi barədə qərarı ötən il sentyabrın 21-də qüvvəyə minib. Edilən dəyişikliyə əsasən, beynəlxalq poçtla və ya bir daşıyıcı şirkət tərəfindən 30 gün ərzində bir fiziki şəxsin adına gətirilən, ümumi gömrük dəyəri 300 dollar ekvivalenti keçməyən mallardan gömrük rüsumu alınmır. Ancaq əvvəllər göstərilən limit 1000 dollar idi.
“İndiki dövrdə dünyada elektron ticarət sürətlənir və dünyada bu sahədə inkişaf dalğası var. Bu baxımdan, əksinə, bu fəaliyyətin təşviq olunacağını gözləmək lazımdır. Eyni zamanda, fərdi istifadə üçün alış-verişə bizdə tez-tez e-ticarət deyilir, bu halda söhbət elektron kommersiyadan yox, e-şopinqdən gedir”, - Qocayev bildirib.