ABŞ prezidenti Cozef Bayden ənənəvi Münhen təhlükəsizlik konfransında çıxışı zamanı Birləşmiş Ştatların Avropa ilə müttəfiqlik münasibətlərinə sadiqliyini təsdiqləyib. O, habelə əminlik ifadə edib ki, ancaq əməkdaşlıq və demokratik prinsiplərin dəstəklənməsi sayəsində transatlantik cameəsi müasir çağırışlara tab gətirə bilər.
“Amerikanın səsi” xəbər verir ki, Bayden ABŞ-ın demokratiyanı müdafiə edəcəyini bildirib. “Demokratiya təsadüf deyil. Biz onu müdafiə etməliyik. Onun üçün mübarizə aparmalı, möhkəmləndirməliyik, sübut etməliyik ki, bizim modelimiz keçmişin qalığı deyil. İndi həddən artıq çox yerlərdə, o cümlədən Avropada və Birləşmiş Ştatlarda demokratik proqress təhdid altındadır”,-ABŞ prezidenti çıxışında vurğulayıb.
Bayden belə əminlik ifadə edib ki, ABŞ və Avropa üzləşdiyi çağırışları birgə dəf edəcək. “Amerika qayıtdı, transatlantik alyans qayıtdı. Biz gələcəyə birlikdə baxırıq”,-o deyib.
Prezident əlavə edib ki, son dörd il transatlantik münasibətlər üçün mürəkkəb olub və tərəflər indi qarşılıqlı etimadı bərpa etməlidir. O, Birləşmiş Ştatların Avropa İttifaqı üzrə tərəfdaşları ilə bütün paytaxtlarda və qitələrdə problemlərin birgə həlli üçün çalışacağını qeyd edib. ABŞ-ın NATO öhdəliklərinə tam sadiqliyini bildirib.
Virtualaz.org