“Müharibə başlananda mən sığorta şirkətində katibə işləyirdim. Qazancım böyük olmasa da işimdən razı idim. Düşünürdüm ki, işləyə-işləyə ali təhsil də alaram, sığorta müfəttişi vəzifəsinə keçərəm.
Amma bu arzumu həyata keçirə bilmədim. Müharibə bütün planlarımı alt-üst etdi. Biz Adolf Hitlerin mənzil qərargahının bir neçə kilometrliyində yaşayırdıq. Günlərin birində axşamdan xeyli keçmiş qapımız döyüldü. Bir neçə SS zabiti dəvət gözləmədən mənzilimizə daxil oldular.
Başçıları üzünü mənə tutub soruşdu:
-Siz Marqo Velksiz?
Mən bir addım qabağa keçib cavab verdim:
-Bəli, bu mənəm.
-Sabahdan siz fürerin mənzil qərargahında işləyəcəksiniz. Aydın oldu?
Söhbətin hansı işdən getdiyini bilməsəm də razılaşmağa məcbur oldum:
-Bəli, aydındır. Mən hara gəlməliyəm?
Onlar mənə gedəcəyim yeri izah etdilər. Səhər tezdən yeni iş yerimə yollandım. Məndən başqa 14 nəfər gənc qadın da işə qəbul olunurdu. Biz Hitlerin dequstatorları olacaqdıq...”
95 yaşlı Marqo Velk bu açıqlamaları müharibədən çox-çox sonralar, 2013-cü ildə verib.
İkinci Dünya müharibəsinə başlayandan sonra Hitler öz təhlükəsizliyini daha ciddi təmin etməyə başlayıb. Digər tədbirlərlə yanaşı o, özünü qida zəhərlənməsindən qorumaq üçün alman qadınlarından ibarət dequstatorlar briqadası yaradıb.
Briqadaya 15 nəfər qadın cəlb edilib. Hitler ən adi bir qidanı, hətta bir fincan qəhvəni qəbul etməzdən əvvəl onların dadına həmin qadınlar baxıb. Yalnız bir saat keçdikdən sonra içkilər və qidalar fürerin qarşısına aparılıb.
Marqo Velk uzun illər gizli saxladığı işindən, Hitlerin yanında işləməyindən danışarkən maraqlı faktlar açıqlayıb:
“İşimiz bir o qədər də çətin deyildi. Amma qorxulu, təhlükəli və cansıxıcı idi. Təsəvvür edin ki, Hitlerin qəbul edəcəyi qidaları əvvəlcə biz yeyirdik. Sonra bir saat gözləyirdik ki, qidalar bizi zəhərləyəcək, yoxsa yox. Qeyd edim ki, Hitler sui-qəsd cəhdlərindən daha çox qida vasitəsi ilə zəhərlənməsindən qorxurdu. Bu baxımdan da bizim işimiz ciddi nəzarətdə saxlanılırdı. Yeməklərin dadına baxdıqdan sonra boş vaxtımız çox qalırdı. Saatlarla gözləyirdik ki, fürer nə vaxt yemək yeyəcək və biz də öz işimizi görəcəyik.
Bəzən eyni yeməkləri yeməkdən bezirdik. Hitler vegetarian idi. O, şirniyyatı çox sevirdi. Elə gün olurdu ki, gün ərzində altı-yeddi dəfə şokoladlı qəhvə, qatılaşdırılmış şirin süd içməyə məcbur olurduq. Ən çox sevdiyi alkoqollu içki isə pivə idi. Biz də istəyimizdən asılı olmayaraq bu içkini içməyə məhkum idik. Xüsusilə Stalinqrad məğlubiyyətindən sonra Hitler daha çox içirdi. Həmin aylarda bizim işimiz çox ağır idi. Fürerin bizə qarşı münasibəti yaxşı idi. Arada yanımıza keçib zarafat da edirdi. Yüksək maaş alırdıq. Müharibənin ilk illərində hədiyyə və mükafatlar da olurdu...”
Marqo Velk Hitlerin dequstatorlar briqadasının ən şanslı qadınlarından biri olub. Sovet qoşunları Almaniyaya daxil olanda alman zabitlərindən biri ona fürerin mənzil qərargahından təcili qaçmağı tövsiyə edib.
Marqo Velkin öz söylədiyinə görə gənc alman zabiti onu sevirmiş. Velk zabitin dediyi ilə razılaşaraq onun köməyi ilə qaçıb, Berlin ətrafındakı qəsəbələrin birində məskunlaşıb. Ancaq çox keçmədən sovet qoşunları Berlinə girəndə Marqo Velk ələ keçib. Rus əsgərləri onu 14 gün ərzində məskunlaşdığı evdə zorlayıblar.
Velk həmin hadisələr haqqında da danışıb:
“Mənim qaçmağa yerim yox idi. Biz məğlub olmuşduq. Mən Almaniyanı nələr gözlədiyini yaxşı anlayırdım. Gizlənməyə, gözə görünməməyə çalışırdım. Amma bu cəhdim mənasız idi. Kiçik bir qəsəbədə sahibi olmayan bir daxmada yaşayırdım.
Günlərin birində gecəyarısı rus əsgərləri həmin daxmaya doluşdular. 14 gün məni növbə ilə zorladılar. Buna görə sonralar mənim övladım olmadı. Onlar çıxıb gedəndən sonra rəfiqələrimi axtarmağa başladım. Hitlerin mənzil qərargahı ələ keçiriləndə fürerin bütün xidməti personalını güllələmişdilər. O cümlədən dequstatorlar briqadasının 14 qadınını da. Onların arasında təkcə mən sağ qalmışdım...”
Jurnalistlərin Marqo Velkə uzunömürlülüyün sirləri ilə bağlı suallarına isə o, belə cavab verib:
“Mən xarakter etibarı ilə nikbin adamam. Yumor hissim güclüdür. Müharibə dövründə ağır günlər yaşasam da yenidən özümü ələ ala bildim. Yeni həyata başladım. Rəfiqələrimin güllələnməsi mənə çox pis təsir etmişdi. Amma nə etməli? Bu müharibədir. Həmin xatirələrə qayıtmaq mənim üçün çox ağırdır. Onlar hamısı cavan, gözəl qadınlar idi, gələcək arzuları ilə yaşayırdılar, ancaq talelərinə fərqli, acınacaqlı bir yazı yazılmışdı...”
Beş il ərzində fürerin yanında, bir adımlığında xidmət edən Marqo Velk Hitlerə münasibətini də açıq bildirib:
“Adolf Hitler çox iyrənc bir tip və əsl donuz idi...”
İlham Cəmiloğlu, Musavat.com