Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

NASA-nın aparatı Marsa eniş edib


Aparat 23 ədəd kamera ilə təchiz olunub
 
ABŞ Milli Aeronavtika və Fəza Agentliyinin (NASA) Mars planetinə “Atlas V” raketi vasitəsilə göndərdiyi “Perseverance” adlı aparat qırmızı planetə eniş edib.
 
Cenub.az məlumatına görə, eniş təxminən yeddi dəqiqə davam edib. Bu müddət ərzində bütün əməliyyatlar avtomatik həyata keçirilib. Kosmik missiyanın əsas məqsədi Marsda həyat izlərini axtarmaqdan ibarətdir.
 
“Perseverance” aparatı 7 alətdən ibarətdir və onlar Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.
 
Aparat 23 ədəd kamera ilə təchiz olunub, 2 ədəd mikrofon vasitəsilə alimlər Mars səthində olan səsləri qeydə ala biləcəklər.









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10