Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 893,1 milyon manat olmuş və ümumi kredit portfelinin 6,1 faizini təşkil etmişdir
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb
Bildirilir ki, Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2021-ci il yanvar ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 14530,5 milyon manat təşkil edib.
Eyni zamanda məlumatda " Ümumi kredit portfelinin 12055,5 milyon manatı və ya 83,0 faizi uzunmüddətli kreditlərin payına düşmüşdür. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib"-deyə bildirilir.