Göytəpənin GÖYƏRMƏYƏN dərdləri Mədəniyyət Evi Kilsədə, ibtidai məktəbi isə Kilsənin Rahibələr otağında yerləşir Cəlilabadın ən böyük – 20 mindən artıq əhalisi olan Göytəpə şəhərində son vaxtlar bəzi abadlıq işləri aparılsa da, “göz deşən” nöqsanları düzəlmək bilmir. 1700 şagirdi olan məktəbi 575 yerlik binaya sığınıb, 2 uşaq bağçasından biri bağlanıb, burada yerləşən, bölgədə çox normal səhiyyə ocaqlarından sayılan xəstəxanası bərbad hala düşüb, yüzlərlə insan çalışdığı Göytəpə Maşın Təmiri Sexi hazırda uzaq xatirəyə çevrilib. Yüzlərlə adamın faydalandığı körpü də üzrəkaçan vəziyyətdə deyil. Qısası, statusu ŞƏHƏR olsa da, abadlığına görə elə həmin rayonun bir çox KƏNDLƏRİNDƏN daha acınacaqlı durumdadır. Görəsən, bu biganəliyə səbəb nədir? daha ətraflıbu linkdə