“Sünik sakinləri həyəcan təbili çalır”
Bu ölkənin yerli saytları Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndləri atəşə tutması barədə səs-küy salmağa başlayıblar.
Ermənistan Ombudsmanı Arman Tatoyan ermənilərin istəklərinin əsl səbəbini göstərib:
“Bütün bunlar bir daha təsdiqləyir ki, Azərbaycan Silahlı Qüvvələrinin (bayraqları və işarələri) erməni kəndlərinin yaxınlığında və ya icmaları birləşdirən yollarda olması və ya hər hansı bir hərəkəti sakinlərin mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Eləcə də Ermənistan Respublikası Konstitusiyasında zəmanət verilən həyat və sağlamlıq hüququ, fiziki və əqli bütövlüyü və digər həyati hüquqları təhdid altına alır”.
Göründü kimi, ermənilər yaşadıqları kəndlərin yaxınlığında Azərbaycan bayrağını və Azərbaycan dilində yol işarələrini görmək istəmir. Qafan şəhərinin sakinlərinin, eləcə də digər kəndlərdə sosial məsələlər, yaşayış şərtləri və təhlükəsizlik problemləri bu mətn altında qabardılır. Alt məqsəd isə sərhəddə təxribatlar törətmək, buna diqqəti çəkməklə rus sərhədçilərini Azərbaycan Ordusunun əsgərləri ilə qarşı-qarşıya qoymaqdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az