Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının daha bir alim qızı –filologiya üzrə elmlər doktoru Bəsirə xanım


45 illik ömrünü elmə həsr edən qadın, Cibran Xəlil Cibranın  yorulmaz tədqiqatçısı

      

 Cenub.az.  Biz hələ 3 il öncə 300-ə yaxın masallılı alim  haqqında məlumat vermişdik. Həmçinin o alimlər sırasında 25-dən artıq masallılı qadın alimin də ad və soyadlarını oxuculara təqdim etmişdik. Həmin məlumatı cenub.az saytında paylaşdıqdan sonra bəlli oldu ki, alim qadınların sayı daha çox imiş. Bu yazımızda həmin qadın alimlərimizdən daha birini, Masallının Əhmədli kəndində boya-başa çatmış, Asiya və Afrika  ölkələri xalqlarının ədəbiyyatı  ixtisası üzrə ixtisaslaşmış filologiya elmlər doktoru Bəsirə Əzizəliyeva ilə yaxından tanış olmaq imkanınız olacaq.

Yeri gəlmişkən onu da xatırladaq ki, Bəsirə xanım Əhmədli kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası müəllim, anası orta tibb işçisi olub. Ailədə 5 övlad olublar – 3 qız, 2 oğlan. Hamısı ali təhsillidir. 2 qardaşı və bacısı ABŞ-da çalışır, bir bacısı isə Bakı şəhərində müəllim işləyir.   Beləliklə, daha yaxından tanış olaq- masallılı filologiya doktoru Bəsirə Höccət qızı  Əzizəlayeva.


45 illik ömrünü elmə həsr edən qadın, 

Cibran Xəlil Cibranın  yorulmaz tədqiqatçısı

Filologiya elmləri doktoru, dosent Bəsirə Höccət qızı Əzizəliyeva 8 dekabr 1974-cü ildə Masallı rayonunun Əhmədli kəndində anadan olmusdur. 

Çaxırlı kənd orta məktəbini bitirən B.Əzizəliyeva 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 

1997-2000-ci illərdə  BDU-da Asiya və Afrika  ölkələri xalqlarının ədəbiyyatı (Dünya ədəbiyyatı) ixtisası üzrə aspiranturada oxumuşdur. 

2003-cü ildə “Cibran Xəlil yaradıcılığında Şərq-Qərb konsepsiyası” mövzusunda  dissertasiya müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır

Cibran Xəlil kimdir?.

Cəmi 45 il yaşamış, Livan əsilli, yaradıcılığı isə Şərq aləmi ilə məhdudlaşmayan dəyərli bir insan. Hansı ki, Avropada və Amerikada da onu istedadlı yazıçı və mahir rəssam kimi tanıyırlar. Vikipediyada bu şəxs haqqında daha ətraflı məlumat ala bilərsiniz. Cibran Xəlilin Azərbaycanda tanınmasında isə Bəsirə xanımın böyük zəhməti olub.

     B.Əzizəliyeva 2004-cü ildən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda çalışır. Hal-hazırda həmin İnstitutun 

“Azərbaycan-Asiya ədəbi əlaqələri” şöbəsinin aparıcı elmi işçisi, dosentdir. 

2006-2010-cı illərdə Azərbaycan Dillər Universitetində Azərbaycan ədəbiyyatından dərs demişdir.

     2009-cu ildə Azərbaycan Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birlikdə keçirdiyi,  görkəmli şərqşunas alim Aidə İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş  beynəlxalq müsabiqədə “Ərəb Xəlil Cibran” (Bakı,2005) kitabına görə I yeri qazanmışdır.

  Bəsirə Əzizəliyeva 

Cibran Xəlil Cibran  (Bakı, Nurlan 2005), 

“Aidə İmanquliyeva və ərəb ədəbiyyatının tədqiqi problemləri” (Bakı,  Elm və təhsil, 2010), 

“Amin ar-Reyhani : Natsionalnıe traditsii  i   Amerikanskiy transtsendentalizm” (Saarbrücken Germany, 2012), 

“Vladimir Nabokovun Amerika dövrü romanları” (Bakı,Mütərcim,2018), 

”Son yüzilliyin türkçü ideoloqu Muhsin Kadıoğlu” (Bakı,Mütərcim,2020) kitablarının,

  eyni zamanda, türk və ingilis dillərində 

“Bakı Gezi Rehberi” (Muhsin Kadıoğlu ilə birlikdə,Google Play Books,2018), “Baku Travel Guide” (With Muhsin Kadıoğlu,Google Play Books,2018) 

və “Farsca Yazan Turk filozof  Mevlanada Turk imajı” (Muhsin Kadıoğlu ilə birlikdə, Google Play Books,2020) elektron kitablarının müəllifidir. 

B.Əzizəliyevanın 100-dən artıq elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Pakistan, Gürcüstan, Rusiya, Ukrayna, Hindistan, İtaliya, Çexiya, Polşa, Danimarka və digər ölkələrdə  türk, rus, ingilis, fransız dillərində dərc edilmişdir.

      Bəsirə Əzizəliyeva Türkiyə, Rusiya, İtaliya, Böyük Britaniya, Malta və digər ölkələrdə beynəlxalq elmi konfranslarda və layihələrdə iştirak etmişdir.

Bəsirə Əzizəliyeva   2020-ci ildə “XX əsrin birinci yarısında ABŞ-da ingilis dilli ərəb və rus münasibət ədəbiyyatı” mövzusunda doktorluq işini müdafiə edib, Filologiya elmləri doktoru adı almışdır.

Hazırladı: Ədalət Nemətov,  “Tərəqqi” medallı müəllim. Cenub.az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10