Bir neçə gün əvvəl ABŞ İrana məxsus nefti daşıdığı güman edilən tankerin yükü üzərinə həbs qoyub və nəticədə 2 milyon barrel neftin müsadirə edilməsi riski var.
Cenub.az “Reuters”ə istinadən xəbər verir ki, rəsmi Tehran yükün İran hökumətinə deyil, “özəl şirkətə məxsus olduğunu” bildirib, amma şirkətin adını açıqlamayıb. İran XİN-in rəsmi nümayəndəsi bildirib ki, ABŞ-ın tankerin yükünə həbs qoymasını “dəniz quldurluğu aktı” kimi qiymətləndirə bilərlər.
Birləşmiş Ştatlar İrana qarşı hələ Tramp administrasiyası dövründə bir çox sərt iqtisadi sanksiyalar, o cümlədən neft ixracına qadağalar tətbiq edib. Nəticədə İran öz neftini satmaq üçün ciddi çətinliklərlə üzləşir və müxtəlif mexanizmlərdən istifadə edərək sanksiyalardan yayınmağa çalışır. Rəsmi Tehran ümid edirdi ki, Trampın hakimiyyətdən getməsi və Cozef Baydenin prezident seçilməsi nəticəsində ABŞ-ın İrana qarşı sanksiyalarla bağlı mövqeyi yumşalacaq. Lakin tankerin yükünə Bayden administrasiyasının işə başlamasından təxminən 2 həftə sonra, fevralın 2-də həbs qoyulub.
ABŞ iddia edirdi ki, İran neft yükünün mənşəyini ört-basdər etmək məqsədilə nefti bir neçə müxtəlif gəmilərə yükləyib. Vaşinqton bildirirdi ki, sonradan Liberiyanın bayrağı altında üzən “Axilles” adlı tankerə yüklənən neft Çinə göndərilməliymiş. Vaşiqnton bildirir ki, bu yükün göndərilməsi ABŞ-ın terrorizmlə mübarizə qanunlarına ziddir. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə deyib ki, bu neft yükünün rəsmi Tehranla heç bir əlaqəsi yoxdur. Sözçü deyib ki, yük özəl sektora daxil şirkətə məxsusdur.O söhbətin hansı şirkətdən getdiyini izah etməyib.
“Axilles” tankerinin ən son qeydə alındığı yer Texas yaxınlığındakı Qalverston Yükboşaltma Limanı olub. Bu liman ABŞ-ın Qalverston portunun yaxınlığında yerləşir. Qərb KİV-lərinin məlumatına görə yükün İran nefti olduğu haqda məlumatı tankerin sahibi olan “Capital Ship Manaement Corp.” Şirkəti Amerika hakimiyyətinə çatdırıb. Şirkət yükü əvvəlcə İraq nefti zənn edib və daşımağa razılaşıb.
Vaşinqton hələ Tramp administrasiyası dövründə “Axilles” tankerinin heyətindən yükün mənşəyini araşdırmaq üçün Birləşmiş Ştatlara yan almağı tələb etmişdi. Bildirilirdi ki, yükün İnqilab Keşikçiləri Korpusuna bağlı şirkətlərdən birinə məxsus olduğuna dair sübutlar var. Tankerin beynəlxalq sularda tutulması zamanı onun göyərtəsində 1 milyon barrel neft var idi.
İran XİN-in rəsmi nümayəndəsi bildirib ki, tankerin yükünə həbs qoyulması Bayden administrasiyası dövründə baş verib və bu təəsüf doğurur. Səid Xətibzadə İranın bu hərəkəti dəniz quldurluğu kimi qiymətləndirə biləcəyini deyib.
Qeyd edilir ki, Birləşmiş Ştatlar ötən il müsadirə edilmiş 1 milyon barrel İran neftini hərracda satıb.
virtualaz.org