Masallıda ilk təyyarəçilərdən söz düşəndə Masallı şəhərindən olan, 2-ci Dünya Müharibəsində təyyarəçi olan Tapdıq Mansurovun adı çəkilir.
Bu yazımızda sizə təqdim edəcəyimiz təyyarəçi isə Hişgədərə kəndində böyüyüb-boşa çatan Elmidar Ağayevdir.
Ağayev Elmdar Əlisoltan oğlu 1956-ci ildə Hişgədərə kəndində anadan olub. 1973-cü ildə həmin kənddəki orta məktəbini bitirib. Ordu sıralarında xidmət edib. Orudan tərxis olunduqdan sonra . arzusu təyyarəci olmaq idi. Bu məqsədlə də Elmdar Ağayev Sankt-Peterburq Mülki Aviasiya məktəbinə daxil olub. 1977-ci ildə həmin məktəbi bitirərək İxtisasına uyğun işlə təmin olunub.
Daha sonra Gəncə şəhər aeroportunda aviatexnik işləyib və ilgilərini daha da təkmilləşdirmək üçün Moskva Aviasiya Mühəndisləri İnstitutunu bitirdi.
Elmdar Ağayev “Yak-40”, “Tu-154” təyyarələrində bort mühəndisi kimi çalışıb. İşində fərqləndiyi üçün xüsusi mükafatlara, “ 1-ci dərəcəli bort mühəndisi ” adına layiq görüllüb. Peşəsinin vurğunu olan Elmdar Ağayev daim ixtisasını artırmağa səy edib. Buna görə də onu ixtisasını artırmaq üçün ABŞ-ın Texas ştatının Dallas şəhərinə göndəriblər. Hansı ki, bu şəhər ABŞ-ın mühüm aviasiya, neft emalı, radioelektronika sənayesinin mərkəzi kimi tanınır.
Elmdar Ağayev “ Boinq ” təyyarələrini idarə etmək üçün xüsusi kurs keçir, biliyini, təcrübəsini, peşəkarlığını artırmağa səy edir.
Elmdar Ağayev vətənə qayıdandan sonra “ Boinq-707 ” təyarəsində uçuşlarını davam etdirirdi. Lakin Çindən vətənə qayıdarkən, 1995-ci il noyabrın 30-da “ Boinq-707” nəqliyyat yük təyyarəsi Bakının Zabrat qəsəbəsindən 9 km aralıqda qəzaya uğrayır. Elmdar Ağayev faciəli şəkildə həlak olur.
Elmdar Ağayevin cənazəsi xüsusi vertolyotla Bakıdan Hişkədərəyə gətirildi, Aliməhəmmdşah qəbirastanlığında torpağa tapşırıldı.
Elmdar Ağayevin 2 oğlu olub. Oğlu Elvin həkimdir. Cəlilabad Diaqnostika Mərkəzində çalışır. Digər oğlu Edqar Ağayev isə atasının peşəsini davam etdirir, AZAL-da çalışır. Təyyarəçidir. Komandirdir
Elmdar Ağayevin həyat yolu haqqında “ İki sahil ” qəzetinin 30 dekabr 1995-ci il, “ Masallı ” qəzetinin 1 iyul 1996-cı il tarixli nömrələrində yazılar dərc edilmişdir.
Uca tanrıdan ruhuna rəhmət diləyirik. Qəbri nurla dolsun !!!
Bahadur Abdullayev.
Hişgədərə