Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Space TV-nin yeni rəhbəri kimdir? - MARAQLI FAKTLAR (DOSYE)



Space TV-yə yeni rəhbər təyin olunub.

Cenub.az xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.
K.Şahverdiyev əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkənidir. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə - uzun illər Space TV-nin icracı direktoru vəzifəsində çalışıb.


O, vaxtilə ssenari müəllifi, musiqi tərtibatçısı, musiqi redaktoru kimi işlərin icraçısı olub. “Gülağa Məmmədov”, “Havalansın xanın səsi”, “Hər şey olduğu kimi. Rəşid Behbudov”, “Əminə Dilbazi”, “Lütfiyar İmanov”, “Tofiq Bakıxanov”, “Sara Qədimova” və s. kimi filmlərin çoxunun ssenari müəllifi və musiqi redaktoru məhz Kamil Şahverdiyevdir.
Həmçinin o, Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib.
Kamil Şahverdi 2017-ci ildə Rəşid Behbudovla bağlı yaradılmış “Rashid Behbudov Official” rəsmi “Youtube” kanalının direktoru olub.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10