Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı Təhsil Fondu” dairəni genişləndirdi


Fond bu il məzunlara veriləcək “Azərbaycan dili”, “Riyaziyyat” test toplusu, “Abituriyent jurnalı” və “Cavab kartları” təkcə 70 saylı seçki dairəsindəki məktəblərin məzunlarına yox, Masallının 66 tam orta ümumtəhsil məktəblərinin hamısında ali məktəbə sənəd verəcək qız məzunlara paylayacaq.
Masallı Təhsil Fondu növbəti toplantısını keçirib. Toplantıda Fondun təşəbbüsçüsü, millət vəkili Məşhur Məmmədov da iştirak edib. 
Ötən şənbə günü baş tutan toplantıda fondun yarım ildə gördüyü işlər müzakirə olunub, yeni hədəflər müəyyənləşib.
Əsas yeniliklər aşağıdakılardan ibarətdir:
1. Fond bu il məzunlara hədiyyə kimi veriləcək “Azərbaycan dili”, “Riyaziyyat” test toplusu, “Abituriyent jurnalı” və “Cavab kartları təkcə 70 saylı seçki dairəsindəki məktəblərin məzunlarına yox, Masallının 66 tam orta ümumtəhsil məktəblərinin hamısında ali məktəbə sənəd verəcək qız məzunlara paylanacaq. Ümimilikdə, bu hədiyyələr 180 nəfəri əhatə edəcək. (Həmin hədiyyələr bu il fevral 15-dən başlayaraq fondun könüllüləri tərəfindən həmin məzunlara şəxsən təqdim  olunacaq).
2. Ötən il Fondun xətti ilə ötən il ödənişləri qarşılanan, yaxud təqüd veriləcək 45 tələbə qızla fevral 2020-cı ildə görüş keçiriləcək. Həmin tələbələrin bu müddətdəki fəaliyyəti təhlil olunacaq.
3. Məzunların təşəbbüskarlığını və yaradıcılığını daha da yüksəltmək üçün “Qarabağ bizimdir” mövzusunda qiymətli hədiyyələr verilmək qarşılığnda Fond inşa müsabiqəsi keçirtmək nəzərdə tutulur. Yuxarı siniflər şagirdlərin əyani təhsili bərpa edildikdən sonra həmin müsabiqənin detalları açıqlanacaq.
Fondun ayrı-ayrı üzvləri rayondakı iş adamlarına, xeyriyyəçilərə müraciət də ünvanlayıb. Həmin müraciətdə xahiş edilir ki, hər bir ərazidə iş adamları ailə məktəb  qəbul olunacaq qızlara dəstək olsunlar. Elə şərait yaradılsın ki, Masallı rayonunda ali məktəb qəbul olunun hər bir qız ödənişdə, eləcə də təqaüddə problem yaşamasın. Hələ ki, xeyriyyəçi xanım, ictimai fəal Arzu Bağırova boya-başa çatdığı Bədəlan kəndindən ali məktəblərin pedoqojo fakültəsinin məzunu olacaq qızlara dəstək olacağını bəyan edib.
“Masallı Təhsil Fondu”nun mətbuat xidməti
13 fevral 2021 ci il
Bu gün "Masallı Təhsil Fondu" nun əməkdaşları sosial məsafə gözlənilməklə növbəti görüş keçitdi. Görüşdə "Masallı Təhsil Fondu" nun əməkdaşları 70 saylı seçki dairəsinə daxil olan umumtəhsil məktəblərinin qız məzunlarının Ali məktəblərdə 1-ci semestr imtahanların nəticələrini muzakirə etdilər.
Qızlarımız ali məktəblərdə oxuduqları az müddətdə uğurlu nəticələr əldə etmişlər. Ümüd edirik ki, onlar 2ci semester imtahanlarından uğurlu nəticə əldə edəcəklər.
Fevral ayının sonunda uğurlu nəticə əldə etmiş bütün tələbələrin ödənişləri və təqaüdləri Fond tərəfindən ödəniləcək.
Qızların təhsilə cəlb edilməsi istiqamətində işlər aparılır. Bu məqsədlə 25 tam orta məktəblərdə təhsil alan və ali məktəblərdə oxumaq istəyən 180 nəfər qıza kömək məqsədi ilə "Masallı Təhsil Fondu" tərəfindən gətirilən test kitablarının verilməsinə başlanmışdır. Verilən hədiyyələrdə Azərbaycan dili, Riyaziyyat test toplusu abituriyent jurnalı və cavab kartları nəzərdə tutulmuşdur. "Masallı Təhsil Fondu" təkcə 70 saylı seçki dairəsinə daxil olan 25 umumtəhsil məktəbləri deyil,  rayonun digər məktəblərinə də hədiyyə verilməsi nəzərdə tutulmuşdur. Görüş zamanı istedadlı şagirdlərin aşkar edilməsi məqsədi ilə Masallı Dövlət Regional Kallecində 44 günlük qələbəmizi qeyd etməklə Təhsil Fondu inşa müsabiqəsinin keçirilməsini nəzərdə tutur. Tələbələr hələlik karantin dövründə dərsləri onlayn usulu ilə keçirlər. Dərslər başlanan kimi Təhsil Fondu bu tədbiri yerinə yetirəcək, həmçinin Rayonun ümumtəhsil məktəblərində də musabiqənin aparılması nəzərdə tutulur.
Müsabiqədə :
1-ci yer bir nəfər
2-ci yer 2 nəfər
3-cu yer 2 nəfər olmaqla qaliblər müəyyən ediləcək və onlar Fond tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Görüşdə Azərbaycan Respublikası Milli Məclisin deputatı Məhşur Məmmədov iştirak etdi. Millət vəkili "Masallı Təhsil Fondu"nun işlərinə uğurlar dilədi və öz tövsiyyələrini bildirdi. "Masallı Təhsil Fondu" ali məktəblərdə təhsil alan qızları 20 fevral 2021-ci il tarixdə saat 11-00-da Təhsil Fonduna görüşə dəvət edir.
Görüşdə tələbələrin 1-ci yarımildə ali məktəblərdə necə oxumaları muzakirə ediləcək.
"Masallı Təhsil Fondu" :Hüseyn müəllim





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10