Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının 130 yaşlı hamamı, Seybətində Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Xan Şuşinskinin iştirak etdiyi 7 günlük toy


                                                                                                                        


                                                            
Keçmişə bir nəzər, 7 günlük toy
  Masallının musiqi tarixində önəmli yeri olan seybətinli  xanəndə Mir İslamın      əmisi Miri Ələmov 1901-ci ildə  Masallı ərazisinin Seybətin kəndində doğulmuş, 1994-cü ildə vəfat etmişdir. O, erkən yaşlarında ikən əvvəl anasını, bir müddət sonra atasını itirmişdir. Əmisi Mir İslam  onu öz himayəsinə  götürərək, 1927-ci ildə Seybətin kəndində Kürsum adlı bir qızla evləndirmiş, onun rəhbərliyi il 7 gün davam edən həmin toyda məşhur Qarabağ xanəndələri Cabbar Qaryağdıoğlu, Keçəçi oğlu Məhəmməd, Xan Şuşinski iştirak etmişlər.  





        Miri Ələmov


                                 Ərdəbildə oxşarı olan Masallı hamaı
  
  Xatırladaq ki, Miri Ələmovun həyat yoldaşı Kürsüm xanımın atası bənna Məlikməmməd olmuşdur. Məlikməmməd özü əslən İranlı olub, sonralar Seybə-tində məskunlaşmışdır. O, Masallıı şəhərində indiki Mədəniyyət Evi ilə üzbəüz istiqamətdə yerləşən hamamının bənnası olmuşdur. Ərdəbil şəhərində tikdiyi hamamlardan birini , həm də eyni layıhə ilə təqribən 1880/85-ci illərdə Masallıda inşa etmişdir. 
Deyilənə görə,  tikinti başa çatdıqdan sonra ona sual verirlər: “Usta Məlik-məmməd, Ərdəbildəki ilə Masallıda tikdiyiniz hamamların fərqi nədən ibarətdir?”. O, müsahibinə belə cavab verir: “Hamamların bircə fərqi var, o hamam Ərdəbildə tikilib, bu hamam isə Masallıda”.
     100 il bənnalıqla məşgul olan usta Məlikməmməd 124 yaşında - 1953-cü ildə Szeybətində vəfat etmişdir. 
                                                           

                                                            Masallın hamamının bu günü
1985-ci ilə qədər istifadədə olan bu hamam masallıların, necə deyərlər, əsas təmilik mərkəzi olub. 2 hissədən, qadın və kişi hamamından ibarət olan  bu binada hovuz, soyunub- geyinmə və masaj otağı olmuşdur otağı.
Hazırda XIX əsr yadigarı bu hamam bərbad vəziyyətdədir. Dəfələrlə bu bərbadlıq mətbuatda  işıqlandırılsa da, hələ ki, tədbir görən yoxdur
               Yazı  yazıçı-publisist 
Xodaşirin Cəbiyevin 2012-ci ildə Cənub xəbərləri qəzetində çap olunmuş yazısı əsasında hazırlanmışdır







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10