Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

31 yaşında dünyanın ən gənc milyarder qadını oldu


"Bumble" tanışlıq xidmətinin rəhbəri və qurucusu 31 yaşlı Vitney Volf Herd sərvətini təkbaşına qazanan dünyanın ən gənc qadın milyarderi olub.
 
Cenub.az xəbər verir ki, "Bumble" tətbiqinin səhmlərinin Vitney Volf Herdə aid payının dəyəri 1,6 milyard dollar (21,54 milyon səhm, şirkətin 11,6 faizi) təşkil edir.
 
"Bumble" satışa çıxarıldığı andan ABŞ-da ən sürətlə yayılan mobil tanışlıq tətbiqlərindən biri olub. Şirkətin uğuru Herdi "Forbes"in "2020-ci ildə ABŞ-da ən uğurlu qadın sahibkar və rəhbərlər" siyahısına daxil edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10