Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Terminaldan işıq pulu ödənişlərinə görə əlavə rüsum tutulacaq


Ödəmə terminallarında 1 manat xidmət haqqı tutulacaq.

Cenub.az xəbər verir ki, bu barədə "Milliön" müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva "Xəzər" televiziyasının "Birinci studiya" verilişində deyib.

"Hazırda yalnız "Azərişıq" qeyri-əhali ödənişlərində müştərilərdən 1 AZN borcdan əlavə ödəmə olmalıdır. Bu xəbərdarlıq kimi bütün terminalların, aparatların üzərində həmin xidmətə daxil olaraq monitorda qeyd olunub. Bu qərar "Milliön" və "Azərişıq" arasında qarşılıqlı razılaşma əsasında qəbul edilib. Bu yalnız "Milliön" köşklərinə şamil olunmur. Ümumi olaraq "Azərişıq" tərəfindən tətbiq olunan razılaşma əsasında rəqib şirkətlərə də şamil edilir", - deyə Əfəndiyeva qeyd edib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10