Avropa İttifaqının (Aİ) hüquq-mühafizə orqanları müxtəlif ölkələrdə fəaliyyət göstərən Gürcüstan kriminal cəmiyyətlərinə hücum ediblər. Misli görünməmiş miqyaslı əməliyyat nəticəsində bir neçə dövlətdə polis soyğunçuluq, qanunsuz ticarət və çirkli pulların yuyulması ilə məşğul olan 45 gürcü mühaciri saxlayıb.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi Kriminal Polis İdarəsi rəisinin müavini İrakli Dondoladze məlumat verib.
Məlumata görə İtaliya, Fransa, Polşa, Yunanıstan, Belçika və Sloveniyada kriminal avtoritetlərin məruz qaldıqları “oblava” Aİ-nin hüquq-mühafizə orqanları və İnterpol tərəfindən, Gürcüstan səfirliklərində fəaliyyət göstərən "polis attaşeləri"nin yardımı ilə təşkil olunub. Xüsusi əməliyyat altı ay hazırlanıb.
İtaliyada hüquq-mühafizə orqanları xüsusi əməliyyatı gürcü dilində "Kanonieri Kurdi" ("qanuni oğru") adlandırıblar. Orada gürcü avtoritetlərindən bir çoxu ədalət mühakiməsindən qaçmaq üçün evlənib, ad və soyadını dəyişib. İtaliyanın təkcə Reco-nel-emilia şəhərində 23 şübhəli şəxs saxlanılıb.
Fransada polislər “oblava”nı "Bratva-35" adlandırıblar: Roş-sur-Yon, Noir, Anjer, Bordo və Renn şəhərlərində Gürcüstandan olan 17 nəfər yaxalanıb.
Şübhəlilərin qalan hissəsi Polşa, Yunanıstan, Belçika və Sloveniyada saxlanılıb.
Virtualaz.org