Daxili İşlər naziri, general-polkovnik Vilayəy Eyvazovun əmri ilə Daşkəsən rayonunun polis rəisi Azay Ağayev Masallı rayonununa polis rəisi təyin olunub. Xatırladaq ki, Azay Əliyev bundan əvvəl Göyçay rayonunun polis şöbəsində cinayət-axtarış şöbəsinin rəisi, daha sonra Mingəçevir Şəhər Polis şöbəsində əməliyyat üzrə rəis müavini işləyib. Azay Ağayev Mingəçevirdə cəmi 6 ay- 2019-cu ilin aprelindən oktyabrınadək işləıyib. İşlədiyi müddətdə peşəkarlığı ilə seçilib, həm əhali, həm kollektivlə mehriban rəftarı edib. Necə deyərlər, harada işləyibsə təmiz əllə çalışıb. 2019-ci ilin oktyabrında isə Daşkəsən rayon polis şöbəsinə rəis təyin edilib. Orada 1 il 3 işlədikdən sonra isə Masallı rayonuna təyinat alıb. O, polkovnik-leytenant rütbəsinə malikdir. Əldə etdiyimiz məlumata görə Azay Ağayev həmişə müstəqil mövqeyi ilə seçilən, diqtə ilə işləməyən polis zabiti olub.
Məlum olduğu kimi Daşkəsən rayonuna uzun müddətdir ki, Masallıdan olan Əhəd Abıyev rəhbərlik edir.
Masallının sabiq polis rəisi Habil Əmiraslanov isə Tovuz rayonuna polis rəisi təyin olunub.
Cenub.az