Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Peyvəndlərə inanmalıyıqmı?


Artıq bir neçə gündür COVİD-19 əleyhinə vaksinasiyanın ikinci mərhələsinə start verilib. Lakin hələ də bir çox insan peyvəndin xəstəliyi aradan qaldıracağına, ümumiyyətlə, peyvəndlərə inanmır. Bəs, mütəxəssislər nə deyir?
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirdi ki, vaksinasiya və karantin rejimi pandemiyanın mümkün qədər tez bitməsini təmin edə bilər. Onun sözlərinə görə, bu prosesdən sonra yoluxma hallarının sayında azalma gözlənilir:
“Hələlik vaksinasiya olunanlar bir inyeksiya almışdılar. İkinci ineksiya aldıqdan sonra bir müddət keçməlidir ki, infeksiyaya qarşı immunitet formalaşsın və yalnız bundan sonra biz vaksinasiyanın ilk nəticələrini görməyə başlayacağıq. Vaxt keçdikcə, peyvənd olunan insanların sayı artdıqca, təbii ki, müsbət nəticələrin də şahidi olacağıq”.
İnfeksionist hesab edir ki, peyvəndlənmək vacibdir. Çünki bu, yalnız virusun mövcud ştammı ilə deyil, həm də onun mutasiya olunmuş formaları ilə mübarizə aparmağa imkan verir. Bəs, peyvənd olunan şəxs koronavirusa yoluxa bilərmi?
T.Eyvazov deyir ki, peyvənd olunmuş insan da xəstələnə bilər:
“Bir tərəfdən, ola bilər ki, vaksin hələ effektivliyini göstərməyib, onu vurdurduqdan sonra çox az vaxt keçib və həmin o qoruyucu antitellər formalaşmayıb. Yaxud ola bilər ki, vaksin olunduqdan sonra müəyyən müddət keçib və əmələ gələn immunitet artıq zəifləyib”.
T.Eyvazovun sözlərinə görə, immunitet zəifləyirsə, peyvənd olunmuş şəxsdə əmələ gələn antitellərin sayı azalırsa, təkrar peyvəndə ehtiyac yaranır:
“Buna görə də sanitar-gigiyenik qaydalara əməl etmək mütləqdir. Hər kəs özünü və ətraflndakıları qorumaq üçün qapalı məkanlarda, insanların çox olduğu yerlərdə maska taxmalı, sosial məsafə saxlamalıdır”.
Qeyd edək ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiyaya yanvarın 18-dən başlanıb. İlk növbədə tibb işçiləri vaksinasiyaya cəlb olunub. Səhiyyə işçiləri ilə yanaşı, yaşı 65-dən çox olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət yüksək riskli əhali qrupuna aid olunduğu üçün 1-ci mərhələdə onların peyvəndlənməsinə qərar verilib.
İkinci mərhələ üzrə isə tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən azı bir xroniki xəstəliyi olan şəxslər ilk növbədə peyvənd olunacaqlar. Eyni zamanda, bu mərhələdə təhsil və sosial sektorda, “ASAN Xidmət” və DOST mərkəzlərində çalışanlar, ictimai nəqliyyat, telekommunikasiya, bank sektorlarının birbaşa əhali ilə təmasda olan hissəsi və yüksək riskli işlərdə (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələr – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) çalışan şəxslər peyvəndlənəcək.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10