Ürəyinizə başqa şeylər gəlməsin. Söhbət çox dəyər verdiyimiz, ana tərəfi Masallıdan olan, çıxışları, maraqlı, səmimi təhlilləri ilə sevilən siyasilərimizdən olan Elxan Şahin oğlunun “Dəmir Yumruq” kitabından gedir. Bu il 50 yaşını qeyd edəcək Şahin müəllim dəqiq elmlər sahəsində ali təhsil alsa da, siyasi sahədə daha dəqiq proqnozlar verən mütəxəssis kimi tanınıb.
Şahin müəllimi geniş təqdim etməyə də ehtiyac yoxdur. Onun təqdimatları, elə onun əksər hallarda ürəkdən tikan çıxaran obyektiv təhlliləridir.
Cəmi 1 dəfə üzbəüz görüşümüz olsa da, onu 11 il öncə daha yaxından “Dağlıq Qarağın statussuz status” kitabı ilə tanıdım və çıxışlarını ardıcıl izləməyə başladım. Yeni kitabının sorağın eşidən kimi, pandemiya səbəbindən Bakıya getmək imkanım olmadığı üçün FB-də balaca eyham vurdum ki, bəs Masallıdakı oxucularınız kitabınızı necə əldə etsin? Şahin müəllim dərhal xahişimi dəyərləndirib Masallıya yeni, “Dəmir yumruq” kitabından 5 nüsxə yolladı. Mən də kitabın birini özümə saxlamaqla 5-ni hələ də kitaba dəyər verən dostlara payladım.
Şahin müəllim, həm dəyərli kitaba, həm də həmin kitablardan bizə də hədiyyə etdiyinizə görə sağ olun.
Sonda Şahin müəllimlə telefon söhbətimdən bir “sirri” də açım; Şahin müəllim söz verib ki, ana yurdu Masallıya gələn kimi cənub xəbərtv kanalımızın qonağı olacaq.
Zahir Əmənov. Cənub.az