Cəmiyyətimizin “Xoş xassəli” xərçəngi adlandırılan erkən nikahlar son illər xeyli azalsa da, bu “xəstəliyin” tam zərərsizlədiyini demək sadəlövhlük olardı. Bəzən “erkən nikah” cəzasından yayınmaq üçün azyaşlı hamilə qız Rusiyaya qaçırdılır, yaxud, gəlin aparılan qızı “qonaq qız” kimi “sənədləşdirilıir”. Bütün bu məqamlar, eləcə də bu sahədə qanundakı boşluqlar barədə hüquqşünas, Lənkərandakı Beynəlxalq Hüquq Agentliyinin rəhbəri Sədrəddin Adiloğlu ilə söhbəti sizə təqdim edirik.↓