Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanlı mütəxəssisin 3-cü yazısı -Bəşəriyyətin ən güclü silahları: Atom bombası və İnternet



Yaxud, bu gün internet olmasa, nələr baş verər?
( Əvvəlki yazının linqi https://cenub.az/9153-rkivanl-mtxssisin-2-ci-yazs-all-evin-sirlru-yaxud-xx-srin-fantastik-filmlri-xyallarn-reallad-gnlrimiz.html)
           50 il əvvəl bəşəriyyət İnternetdən xəbərdar deyildi. 70-ci illərin əvvəllərindən internetin yaradılması dünyanın düzənini dəyişməyə başladı. İnternetin yaranması texnologiyaların inkişafını daha da sürətləndirməklə yanaşı, yeni “Virtual dünya”nın yaranmasına səbəb oldu.
            Bu ecazkar ixtira əslində ABŞ-da hərbi sənayenin inkişafı və nüvə hücumlarından müdafiə üçün yaradılmışdı. ABŞ-ın ARPA net adlı gizli layihəsi sonradan dünyanın düzənini dəyişdı.

Möcüzələr və fəlakətlərin məkanı

           İnternet əvvəllər  insanlar arasında rabitə və ünsiyyət vasitəsi kimi istifadə edilirdisə də, hazırda həyatımızın bütün sahələrini əhatə edir. Bura hər kəsin özünü rahat ifadə edə bildiyi, milyonlarla düşüncənin iştirak etdiyi Virtual dünyadır. Bu Virtual dünya bu gün müharibələrin, tanışlıq arzusu olanların, ailə quranların, hətta  intihar edənlərin... azad bir məkanına çevrilib. Burada çevrilişlər, xaos və müharibələr artıq silahlarla deyil,  bir tuşa basmaq qədər sadədir.

İnternetsiz dünya, xaos və rabitəsizlik

             Yəqin dünyanı birləşdirən bu sehrin necə idarə edilməsini düşünürsüz? İşıq sürəti ilə məlumat ötürən fiber kabellər hörümçək toru kimi okeanlardan, dənizlərdən keçir, qitələri və ümumilikdə dünyanı birləşdirir.

Bu gün dünyanın böyük əksəriyyəti aktiv internet istifadəçisidir. Dünyanın idarə edilməsi, böyük və kiçik bizneslər - bir sözlə bütün sahələrdə internetə ehtiyyac var.

-Bəs İnternet olmazsa nə baş verər?

-Təsəvvür edin ki, Günəş Sistemində güclü partlayış olur və kosmoslar sıradan çıxır.

-Siz İnternetsiz dünyanı necə təsəvvür edirsiniz?

-Mən internet aslılığında olan uşaqların, sosial şəbəkələrdəki aktiv insanların psixoloji durumunda yaranacaq gərginliyi nəzərdə tutmuram. İnternetsiz dünyanın nəqliyyat sistemi, banklar, online mağazalar, Xəbər saytları, ümumilikdə bütün sahələrdə xaos yarana bilər.



 Köhnə qaydalar geri qayıdır


        Yer kürəsindəki rabitəsizliyin bərpası üçün ilk ağıla gələn köhnə qaydaların bərpası ideyası olur. Qəzetlər yenidən kütləvi çap edilməyə başlayır, poçt şöbələrində və bilet satan kassalarda uzun növbələr yaranır, evinizdə smart kartlarla çalışan kommunal sistemlər ənənəvi sayğaclarla əvəz edilir. Məlumat axtarmaq üçün yenidən kitabxanalara gedir və ensiklopediya kitablarına baş vurmalı oluruq.

           Əlbəttə,  internetdən əvvəlki nəsil üçün bu, bir qədər asan ola bilər. Lakin hazırkı internet nəslinin insanları üçün olduqca çətin ola bilər.        Beləliklə, dünya internetdən aslı vəziyyətdədir və internetsiz insan sivilizasiyaya güclü bir zərbə ola bilər.

Nicat Nəzərov








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10