Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının keçmiş təhsil şöbə müdiri xoşagəlməz halla üzləşib



Onun tövlədə yıxılaraq 2 ayağının sındığı bildirilir.
Bir neçə mənbədən verilən məlumata görə Masallı şəhər 3 saylı məktəbində direktor işləyən Astan İbişov bu il sentyabr ayının 3-də xoşagəlməz halla üzləşib. Belə ki, o yaşadığı Təzə Alvadı kəndində ona məxsus böyük heyvandarlıq təsərrüfatında olarkən dəmir pilləkəndən qəfildən yıxılıb və 2 ayağı topuq hissədən sınıb. Əvvəlcə onu Bakı xəstəxanalırından birinə aparmaq istəsələr də, yerindən tərpədilməsinin onun üçün təhlükəli olduğunu nəzərə alıb, elə yaşadığı evdə müalicə edirlər. Bəzi məlumatlara görə sentyabrın 5-də onu Bakıya, müayinəyə aparcaqlar. Astan İbişov həm də şəkərli diabetdir.
Allah şəfa versin.
Məlumat üçün bildirək ki, Astan İbişov əvvəllər yaşadığı Təzə Alvadı kəndində məktəb direktoru, daha sonra 5 ildən artıq Masallı Təhsil Şöbəsinin müdiri işləyib. 1 ildir ki, Masallı şəhər 3 saylı məktəbin direktoru işləyir. Özünün də etiraf etdiyi kimi onun 70 metrdən artıq uzunluğu olan maldarlıq ferması var və bu sahəni çox sevir.
Astan müəllimin belə hadisə ilə üzləşməsi təəssüf doğurur. Hadisənin dərs ili, xüsusən də dərs bölgüsü aparılan günlərdə baş verməsi ikiqat təəssüf doğurur.

Abdul





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10