Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Xəstəxanasında gecəyarısı dava.


                            Həkimlərə təzyiq göstərildiyi, şüşələrin sındırıldığı bildirilir

Cenub.az-a daxil olan məlumata görə, 7 fevral 2021-ci ildə, axşam 12-yə 15 dəqiqə qalmış Masallı Mərkəzi Xəstəxanasına hücum olub. Belə ki, rayonun Muğan kəndlərindən bir nəfəri Qarabağ Qazisi olmaqla 2 nəfər Masallı Mərkəzi Xəstəxanasına gəlib və xəstəxananın növbətçi  həkimlər – Elnur və Zakir həkimlə olduqca sərt danışmağa başlayıblar. Səbəb isə bir neçə dəfə 103 xidmətinə zəng vursalar da, həkimlərin onun çağırışına gəlməyib, ona iynə vurmamamaları olub.

Daha sonra mübahisə kəskinləşib. Qazinin xəstəxananın böyük şüşədən olan giriş qapısını  bir neçə pəncərənin sındırıldığı, növbətçisi həkimlərələ olduqca kobud rəftar edildiyi bildirilir.

Cenub.az-a daxil olan məlumata görə ətrafdakı mühafizəçi polislər hadisəyə müdaxilə etsə də onlara da müqavimət göstəriblər.

Hər iki həkimlə əlaqə saxladıq. Onları məlumatı təsdiq etsələr də, həmin şəxs Qazi olduğu üçün şikayətçi olmayacaqlarını vurğulayıblar.

Elnur həkim isə müdafiəsiz qaldığına görə növbəni tərk edərək evinə getdiyi qeyd olunur. Olay Masallı polis şöbəsindən təsdiqlənsə də, olayı törədən şəxsin saxlanılmadığı bildirilir.

Zahir Əmənov. Cenub.az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10