Saməddin Mehman oğlu Fərziyev 20 iyun 2001-ci ildə Lerik rayonunun Xanəgah kəndində, zəhmətkeş bir ailədə anadan olmuşdur. Atası Mehman kişi fiziki qüsurludur. İki qardaş və bir bacı olmaqla ailədə yeddi nəfər olublar. Böyük qardaşı Samid uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkir və 2017-ci ildə, 25 yaşında dünyasını dəyişir. Uşaqlıq illərini doğulduğu kəntdə keçirən Saməddin orta təhsilini şəhid Qiyas Əhmədov adına Xanəgah kənd tam orta məktəbində alır. Orta təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilir. Xidmətini layiqincə yerinə yetirən Saməddin "Tovuz" döyüşlərinin iştirakçısı olmuşdur.
Samədinin atası nitq qüsrlu olduğundan, həmişə anası ilə danışanda "ana, mən hərbidə qalacağam, burada işləyəcəyəm" -deyərdi.
Bundan başqa, anası Xəzangül xanım xatırlayır: "Müharibəyə getdiyi dövrdə oğlum mənimlə danışanda deyərdi ki, ana, ataya imkan verməyin televizora baxsın, çünki müharibənin olduğunu bilər, mənə görə narahat olar. Birdə ki, məndən ötəri heç kim narahat olmasın, Qarabağı mən alıb gələcəyəm".
2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinin ilk günündən etibarən müharibədə iştirak edir, yüksək məharətlə döyüşür, şücaətlər göstərərərək adını qızıl hərflərlə tarixə yazır. Xidmətini başa vurmağına 70 gün qalmış, 21 oktyabr taixində Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə mənfur düşmənin atdığı güllə Saməddinin sağ gözündən dəyir və qəhrəmancasına şəhid olur. Valideynləri Qaradağ rayonunun Lökbatan qəsəbəsndə yaşadığından, şəhidin nəşi ora gətirilir və qəsəbədə yerləşən qəbiristanlığda torpağa tapşırılır.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Xanəgah kəndində anadan olan Saməddin Mehman oğlu Fərziyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!