
"Report”un əldə etdiyi məlumata görə, ötən ay ölkədə 33 nəfər intihar edib. Bu statistika yanvar ayının 1-dən 27-dək olan dövrü əhatə edir.
Ötən il Azərbaycanda intihar edən kişi və qadınların sayı da açıqlanıb. 2020-ci ildə ölkədə 597 intihar hadisəsi qeydə alınıb. Həyatına qəsd edənlərin 440 nəfəri kişi, 157-si isə qadındır.